• USD 1,7001 0,00% EUR 2,0032 0,00%
    • GBP 2,2846 0,00% RUB 0,0289 0,00%

Repetitor xidmətindən istifadə halları azalıb - Nazirlik

Repetitor xidmətindən istifadə halları azalıb - Nazirlik

Məktəblərdə təmayül siniflərinin yaradılması nəticəsində repetitor xidmətindən istifadə halları azalıb.

Publika.az xəbər verir ki, bu barədə tam orta təhsil səviyyəsində təhsilin təmayüllər üzrə təşkil olunduğu pilot məktəblərin şəbəkəsinin genişləndirilməsi və pilot müəssisələrin 2015-2016-cı dərs ili üçün tədris planlarının təsdiqi haqqında təhsil nazirinin əmrində qeyd olunur.

Əmrdə vurğulanıb ki, təhsil pilləsinin tam orta təhsil səviyyəsində təhsilin təmayüllər üzrə təşkilini sınaqdan keçirmək, gələcəkdə həmin prosesə kütləvi keçidlə bağlı hazırlıq işləri aparmaq və bu barədə cəmiyyətdə ictimai rəy formalaşdırmaq məqsədilə bilavasitə Təhsil Nazirliyi tabeliyindəki Bakı Avropa Liseyi, Akademik Zərifə Əliyeva adına lisey, Tofiq İsmayılov adına 6 nömrəli məktəb-lisey, Fizika-riyaziyyat və informatika təmayüllü lisey, İlyas Əfəndiyev adına “Elitar” gimnaziya pilot müəssisələri seçilmiş və müxtəlif təmayüllər üzrə tədris planları təsdiq edilib. Bununla yanaşı, müvafiq işçi qrupları tərəfindən aidiyyəti təmayül sinifləri üçün tədris proqramları hazırlanıb pilot müəssisələrə çatdırılıb. Sonrakı illərdə “XXI əsr” Beynəlxalq Təhsil və İnnovasiyalar Mərkəzi, Kimya-biologiya təmayüllü lisey, Tahir Həsənov adına 23 nömrəli tam orta məktəb də pilot müəssisələr sırasına daxil olunub.

Təhlil göstərib ki, ötən müddətdə həmin müəssisələrin rəhbərliyi və pedaqoji kollektivlərinin səmərəli fəaliyyəti sayəsində eksperiment müsbət nəticə verib, şagirdlərin təhsil nailiyyətlərində nəzərəçarpan irəliləyişlər əldə olunub. Eyni zamanda şagirdlərin repetitor xidmətindən istifadə halları azalıb, tam orta təhsil səviyyəsində təmayülləşmənin tətbiqi valideynlər tərəfindən razılıqla qarşılanıb.

Gülxar

Загрузка...

Xəbər lenti

DAHA ÇOX XƏBƏR
/body>