Qırmızı.az
Mikayıl Cabbarov struktur dəyişikliyi aparacaq
Azərbaycan Respublikasının təhsil naziri Mikayıl Cabbarov “Azərbaycan Respublikası Təhsil Problemləri İnstitutunun strukturunun yeni redaksiyada təsdiq olunması barədə” əmr imzalayıb.
Publika.Az-ın məlumatına görə, əmr Təhsil Problemləri İnstitutunun (TPİ) fəaliyyətinin təkmilləşdirilməsi məqsədinə xidmət edir. Əmrdə ixtisara düşmüş ştatlarda çalışan işçilərin peşəkarlıq səviyyələri və təcrübələri nəzərə alınmaqla, onlara TPİ-də ixtisaslarına uyğun vakant vəzifələrin təklif edilməsi nəzərdə tutulub.
Əmrə əsasən, TPİ-nin yeni strukturunda katiblik, 18 şöbə, 1 sektor
və elmi kitabxana fəaliyyət göstərəcək. Ümumi təhsilin və
məktəbdənkənar təhsilin kurikulumu, Monitorinq və qiymətləndirmə,
həmçinin Peşə ixtisas təhsili şöbələrinə daha çox ştat vahidi
verilib.
“Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət
Strategiyası”nda yeni dərsliklərin yaradılması, şagird və
müəllimlərin müvafiq dərslik seçiminin təmin olunması, ümumi orta
təhsil səviyyəsində hər bir şagirdin elektron dərsliklərlə
yüklənmiş kompüter-planşetlə təmin olunması baxımından bir sıra
əhəmiyyətli məsələlər nəzərdə tutulub. Bütün bunlar Təhsil
Nazirliyinin fəaliyyətində dərslik siyasətinin prioritet
istiqamətlərdən biri olduğunu deməyə əsas verir. Təhsil
Nazirliyinin bu sahədə həyata keçirdiyi islahatların
səmərəliliyinin artırılmasında yeni yaradılmış Dərslik və dərs
vəsaitlərinin metodologiyası şöbəsinin üzərinə mühüm vəzifələr
düşür.
Qeyd edək ki, TPİ-nin yeni strukturunda təsərrüfat hesablı struktur
bölmələrin də fəaliyyəti nəzərdə tutulub.
Publika.Az
-
İdman01:45
Məşhur kluba ağır cəza - 18 xalı silindi
-
Sosial01:01
Azərbaycana qaytarılan dörd kəndin sakinləri DANIŞDILAR - VİDEO
-
Qoroskop00:31
Günün qoroskopu: köklü yeniliklər başlanır
-
Magazin119 Aprel 23:15
Nazpəri illər sonra İlhamə Quliyeva ilə küsülü olmasının səbəbini açıqladı - VİDEO
-
Hadisə19 Aprel 22:48
Bakı metrosunda OLAY
-
Nida Xəbər 19 Aprel 22:24
4 kənd qayıtdı - Növbəti mərhələdə nə var?
-
Dünya19 Aprel 22:12
Ukrayna Rusiyanın hərbi obyektlərini vura bilər - NATO-dan TAM DƏSTƏK
-
MDB19 Aprel 21:50
95 yaşlı diplomat öldü