Qafqaz Universitetində Beynəlxalq Qadınlar Günü qeyd olundu
Bizi izləyin

Qırmızı.az

Qafqaz Universitetində Beynəlxalq Qadınlar Günü qeyd olundu

Qafqaz Universitetində 8 Mart-Beynəlxalq Qadınlar Gününə həsr olunmuş tədbir keçirilib.

Publika.Az-ın məlumatına görə, ilk olaraq Azərbaycan Respublikasının dövlət himni səsləndirilib. Daha sonra bu təhsil müəssisəsinin fəaliyyətindən bəhs edən film nümayiş etdirilib.

Tədbirdə Qafqaz Universitetinin müəllim və tələbələri ilə yanaşı ictimaiyyət nümayəndələri də iştirak ediblər. Qafqaz Universitetinin rektoru, professor Əhməd Sanıç çıxış edərək şəfqət qəhramanı olan qadınların cəmiyyətin inkişafındakı mühüm rolundan bəhs edib, əlamətdar gün münasibətilə onlara xoş arzularını bildirib. Rektor Beynəlxalq Qadınlar Gününün geniş şəkildə qeyd olunmasının əhəmiyyətini diqqətə çatdırıb. O bildiribki qadınlar Azərbaycanın bütün fəaliyyət sahələrində təmsil olunurlar. Təhsil sahəsində çalışanların böyük əksəriyyəti də məhz qadınlardır. Azərbaycanda qızların orta və ali təhsil almaları üçün hər cür şərait yaradılıb. Rektor Azərbaycan qadınlarını bir daha 8 mart Beynəlxalq Qadınlar günü münasibəti ilə təbrik edərək onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.

Universitetin öz fəaliyyət kollektivinin ifasında rəqslər mahnılar şerlər səsləndirilib.Tədbirə Respublikamızın xalq artisti Qəndab Quliyeva ifa etdiyi mahnılarla xüsusui rəng qatıb.

Digər çıxış edənlər də Azərbaycan qadınının keçdiyi şərəfli inkişaf yolundan danışıb, onun cəmiyyətin bütün sahələrində, o cümlədən elm və təhsil sahələrində uğurla fəaliyyət göstərdiyini vurğulayıblar. Azərbaycan qadının şərəfinə tədbirdə iştirak edən şairə xanımlar müxtəlif şerlər və mahnılar səsləndiriblər. Qadın adının daim müqəddəs və uca tutulduğunu söyləyən natiqlər bayram münasibətilə bütün xanımlarımızı təbrik ediblər.

Publika.Az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm