• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

Gənclərlə bağlı tədbir və layihələri bu ünvandan öyrənmək olacaq

Gənclərlə bağlı tədbir və layihələri bu ünvandan öyrənmək olacaq

Gənclər təşkilatları institutunun gücləndirilməsi və gənclər siyasətinə dəstək prinsiplərini əsas tutaraq yaradılan www.nayora.az saytı yenilənərək gənclərin istifadəsinə verilib.

Publika.Az-ın məlumatına görə, ARGTMŞ-nın istifadəçilər üçün yaratdığı bir sıra imkanlarına görə xüsusilə fərqlənən www.nayora.az saytında şuranın üzvü olan gənclər təşkilatlarının hər biri üçün xüsusi profillər fəaliyyətə verilib.

Bu profillər vasitəsilə təşkilatlar öz məlumat, elan və xəbərlərini ictimaiyyətlə bölüşə biləcəklər. Saytın rəsmi təqdimatında Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının sədri Şahin Seyidzadə öz müsahibəsində xüsusi olaraq vurğulamışdır ki, www.nayora.az saytı Azərbaycanda yaradılan ilk virtual gənclər platforması olmaqla yanaşı, bu şuranın üzvü olan gənclər təşkilatlarının hər biri üçün xüsusi profillərin fəaliyyətə verilməsi vasitəsilə, təşkilatların öz məlumat, elan və xəbərlərini gənclərlə operativ surətdə bölüşə bilmələri üçün səmərəli imkanlar yaradacaqdır.

Saytda ən unikal yeniliklərdən biri e-xidmətlər bölməsidir. Bu bölməyə e-gənclər təqvimi, e-gənclər xəritəsi və e-üzvlük altbölmələri daxildir. Belə ki, e-gənclər təqvimi altbölməsinə daxil olan hər bir istifadəçi Azərbaycanda qeyd edilən xüsusi və gənclərlə bağlı olan bütün əlamətdar günləri, keçirilən tədbir, layihə və fəaliyyətləri tarixinə görə araşdırıb, o tədbirlərdə iştirak edə bilər. e-gənclər xəritəsi altbölməsinə daxil olan istifadəçi axtarışını şəhər və rayonlara görə təsnif edərək, orada fəaliyyət göstərən gənclər və idman idarələri, gənclər mərkəzi və gənclər evi, onların ünvanları, əlaqə vasitələri barədə məlumatlar ala, virtual platformada hər bir gənci maraqlandıra biləcək bütün sualların cavabını tapa, üzv olduğu və ya üzv olmaq istədiyi təşkilatlar haqqında ətraflı məlumatlar əldə edə biləcək. e-üzvllük altbölməsində isə ARGTMŞ-na elektron qaydada üzvlüyə müraciət məktubu və gərəkli olan bütün sənədlərin təqdim olunması üçün münbit şərait yaradılmışdır.

Qeyd edək ki, uğurla istifadəyə verilən www.nayora.az virtual platforması Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının 3G strategiyası çərçivəsində yaradılmışdır. 3G (“Gənclər”) strategiyası özündə 3 əsas prioritet istiqaməti birləşdirir - gənclər siyasətinə dəstək, gənclərin əməkdaşlıq imkanlarının artrılması və gənclər təşkilatları institutunun gücləndirilməsi. Məhz bu strategiyadan irəli gələrək Azərbaycanda fəaliyyət göstərən gənclər təşkilatları birləşərək, baş verən bütün yenilikləri vahid bir platforma vasitəsilə paylaşma imkanına sahib olacaqlar.

Əgər üzv təşkilatınızı www.nayora.az platformasında qeydiyyatdan keçirmək istəyirsinizsə, o zaman, müraciəti admin@nayora.az ünvanına göndərə bilərsiniz.

Publika.Az

Xəbər lenti

DAHA ÇOX XƏBƏR