Füzulidə Qadınlar Günü qeyd olunub
Bizi izləyin

Qırmızı.az

Füzulidə Qadınlar Günü qeyd olunub

Füzulidə 8 Mart Beynəlxalq Qadınlar Günü qeyd olunmuşdur

Horadiz şəhərindəki Muğam Mərkəzində 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə tədbir keçirilmişdir. Tədbirdə rayonun ictimai həyatından fəal olan qadınlar, o cümlədən təhsil, səhiyyə, mədəniyyət, bələdiyyə sahəsində çalışan zərif cinsin nümayəndələri iştirak etmişdir.

Rayon İcra Hakimiyyəti başçısının İctimai-siyasi və hümanitar məsələlər üzrə müavini Kəmalə Məmmədova çıxış edərək rayon qadınlar şurasının fəaliyyəti barədə məlumat vermişdir. K.Məmmədova qadınların elm və təhsil, səhiyyə və mədəniyyət, eləcə də digər sahələrdə qazandığı uğurlardan danışmış, gənc nəslin milli adət-ənənələrə, azərbaycançılıq məfkürəsinə bağlılıq ruhunda tərbiyəsi işində qadınların xüsusi rolu olduğunu vurğulamışdır.

Sonra rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev çıxış etmiş, son illər rayon qadınlarının qazandıqları uğurlardan danışmış, ölkəmizdə qadınlara dövlət səviyyəsində göstərilən diqqət və qayğıdan bəhs etmişdir.

Milli-mənəvi dəyərlərimizin yaşadılmasında Azərbaycan qadınlarının misilsiz xidmətlərinin olduğunu bildirən Alı Alıyev qadınların rayonun ictimai-siyasi, elmi-mədəni həyatının bütün sahələrində yaxından iştirak etdiklərini vurğulamışdır.

Ulu öndərin mən dünyanın çox yerində olmuşam, amma Azərbaycan qadınları qədər gözəl qadınlar görməmişəm sözlərini xatırladan Alı Alıyev demişdir:

- “Heydər Əliyev qadınların cəmiyyətdə rolunun artırılması məsələsini daim diqqətdə saxlamışdır. Bu siyasəti davam etdirən Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə gender siyasəti, ailə və uşaqlara dövlət qayğısı istiqamətində geniş miqyaslı tədbirlər həyata keçirilir. Azərbaycan qadınının, ailəsinin qarşılaşdığı problemlərin həllində, uşaqların sağlamlığının qorunması, təhsili və tərbiyəsi sahəsində Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın da misilsiz xidmətləri vardır”.

Çıxış edənlər rayonda qadınlar üçün yaradılmış şəraitdən, Heydər Əliyev Fondunun prezidenti xanım Mehriban Əliyevanın ölkə qadınlarının ictimai-siyasi həyatda fəal həyat mövqeyi tutması sahəsindəki qayğı və diqqətini vurğulamışlar.

Tədbirdə rayonun ictimai-siyasi həyatında fəqlənən bir qrup fəal qadına Fəxri Fərman və YAP biletləri təqdim olunmuşdur.

Sonda rayon Mədəniyyət və Turizm şöbəsinin hazırladığı konsert proqramı təqdim olunmuşdur.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm