Özünü qatarın altına atan BDU tələbəsi ilə bağlı - AÇIQLAMA
Bizi izləyin

Qırmızı.az

Özünü qatarın altına atan BDU tələbəsi ilə bağlı - AÇIQLAMA

BDU tələbəsinin özünü qatar altına atmasının səbəbini açıqladı.

Bakı Dövlət Universitetinin (BDU) mətbuat və informasiya şöbəsi universitetin tələbəsinin özünü Bakı Metropoliteninin "Ulduz” stansiyasında qatarın altına atması ilə bağlı açıqlama yayıb.

Şöbənin rəhbəri Pərvanə İbrahimova bildirib ki, hadisədən dərhal sonra Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunun reanimasiya şöbəsinə yerləşdirilən BDU-nun Sosial elmlər və psixologiya fakültəsinin Sosiologiya ixtisasının I kurs tələbəsi Dövran Mübariz oğlu Həsənov fakültə və tələbə yoldaşları tərəfindən sakit tələbə kimi xarakterizə olunur.

“Tələbə yoldaşlarının bildirdiyinə görə, o, 2013-2014-cü tədris ilinin I semestrində bütün dərslərdə iştirak etsə də, II semestrdə (fevralın 17-dən) dərslərə gəlməyib. Dövran Həsənovun ailə problemi olub və baş vermiş hadisə də bununla bağlı ola bilər. Tələbə yoldaşları onun psixoloji problemlərinin olduğunu və psixoloq yanında müalicə aldığını da bildirirlər. Tələbə yoldaşları, universitetin prorektoru, fakültənin dekanı, dekan müavinləri və əməkdaşlar bir neçə dəfə xəstəxanada onu ziyarət ediblər. Xəstə ilə intensiv əlaqə saxlanılır” - deyə açıqlamada qeyd olunub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm