İrandan gətirilən quş əti və yumurtaya qadağa
Bizi izləyin

Qırmızı.az

İrandan gətirilən quş əti və yumurtaya qadağa

İranın Mazandaran vilayətindən Azərbaycana diri quş, quş əti məhsullarının, 1 günlük cücələrin, eləcə də damazlıq yumurtanın idxalı dayandırılıb.

Bu barədə Publika.az-a Dövlət Baytarlıq Nəzarəti Xidmətinin mətbuat xidmətinin rəhbəri Yolçu Xanvəli məlumat verib. Onun sözlərinə görə, İran ərazisində toyuqlar arasında yüksək patogenli “quş qripi”nin yayılması ilə əlaqədar Dövlət Xidməti tərəfindən sərəncam imzalanıb.

Ümumdünya Heyvan Sağlamlıq Təşkilatının rəsmi məlumatlarına əsasən, İranın Mazandran vilayətində toyuqlar arasında yüksək patogenli “quş qripi”nin yayılması ilə Azərbaycan ərazisinə başqa dövlətdən keçə biləcək yoluxucu epizootik xəstəliklərdən mühafizə zərurəti nəzərə alınaraq, iyunun 22-dən İranın Mazandaran bölgəsindən Azərbaycana diri quş, quş əti məhsullarının, 1 günlük cücələrin, eləcə də damazlıq yumurtanın idxalı müvəqqəti dayandırılıb.

Y.Xanvəli bildirib ki, bu qadağa bir il müddətində qüvvədə olacaq.

Qeyd edək ki, bundan əvvəl Türkiyənin 13 bölgəsindən ölkəmizə quş əti məhsulları və yumurta idxalı qadağan edilib.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm