Bu həyətin qapısı 60 ildir kilidlənmir - FOTOLAR
Bizi izləyin

Qırmızı.az

Bu həyətin qapısı 60 ildir kilidlənmir - FOTOLAR

Neftçala rayonunun mərkəzində yerləşən həyətyanı ev sahələrindən birinin qapısı 60 ildir kilidlənmir. Ailə üzvləri həyətyanı evin alçaq olmasına baxmayaraq, bu illər ərzində onun qapısına kilid vurmağa lüzum görməyiblər.

Publika.az xəbər verir ki, çoxları üçün qeyri-adi görünən bu əhvalatın çox maraqlı tarixçəsi var. Belə ki, rayonun mərkəzi hissəsində yerləşən bu evin sahibi uzun illər balıqçı olub. 1955-ci ilin yay gecələrindən birində həyətə oğru girib. Həmin şəxsin məqsədi heç də evdən pul, yaxud balıq yox, balıqçının motosiklinin təkərlərini oğurlamaq imiş. O, hətta motosikli yerindən də tərpədib. Lakin şirin yuxuda olan ev sahibinin xoruldaması oğrunu təlaşlandırıb və o, oğurluqdan vaz keçərək qaçıb. Oğru qaçarkən qapının kilidini də sındırıb. Həmin vaxtdan onilliklər örtsə də, ailə üzvləri qapıya yeni kilid vurmayıb.

Qeyd edək ki, ailə başçısı 2005-ci ildə dünyasını dəyişib. Lakin qapı bu gün də kilidsizdir. Maraqlıdır ki, ailə üzvləri 3 qadından və bir yeniyetmədən ibarətdir. Evdə yaşayanların qadın olmasına baxmayaraq, onlar da qapıya kilid vurmağa, onu gecələr bağlamağa lüzum görməyiblər.

Anar Tağıyev

Oxumağa davam et
Reklam
Reklam

Gündəm