Bu gün dövlət qulluqçuları günüdür
Bizi izləyin

Qırmızı.az

Bu gün dövlət qulluqçuları günüdür

Bu gün Azərbaycanda dövlət qulluqçuları günüdür. Artıq doqquzuncu ildir ki, Azərbaycanın dövlət qulluqçuları özlərinin peşə bayramını qeyd edirlər.

Publika.az xəbər verir ki, prezident İlham Əliyevin 2006-cı il 25 may tarixli sərəncamına əsasən, hər ilin 23 iyun tarixi dövlət qulluqçuları peşə bayramı kimi təsdiq olunub.

Həmçinin, iyunun 23-nün Azərbaycanda dövlət qulluqçularının peşə bayramı elan olunması haqqında qərar BMT Baş Məclisinin tövsiyələri nəzərə alınaraq qəbul edilib.

Bu müddət ərzində Azərbaycan prezidentinin sərəncamları ilə bir çox dövlət qulluqçuları yüksək ixtisas dərəcəsi, məhz dövlət qulluqçuları üçün təsis olunmuş "Vətənə xidmətə görə" ordeninin müxtəlif dərəcələri, "Dövlət qulluğunda fərqlənməyə görə" medalı və "Əməkdar dövlət qulluqçusu" adı alıb.

Qeyd edək ki, 2014-cü ilin statistikasına əsasən, Azərbaycanda 30 minə yaxın dövlət qulluqçusu var.

Gülnar Əliyeva

Oxumağa davam et
Reklam
Reklam

Gündəm