Nikolay Patskeviç: “Belaruslu samboçunun müsbət davranışına görə mənə çoxlu zənglər edilir”
Bizi izləyin

Qırmızı.az

Nikolay Patskeviç: “Belaruslu samboçunun müsbət davranışına görə mənə çoxlu zənglər edilir”

Belarus Respublikasının Azərbaycandakı səfirliyində bu ölkəni birinci Avropa Oyunlarında təmsil edən idmançıların şərəfinə təntənəli qəbul keçirilib.

Publika.az “Belta” agentliyinə istinadən xəbər verir ki, qəbulda birinci Avropa Oyunlarında uğurla çıxış edərək 40-dan artıq medal qazanan Belarus idmançıları bu ölkənin Azərbaycandakı səfirliyində coşqu ilə qarşılanıblar.

Mərasimdə çıxış edən Belarusun Azərbaycandakı səfiri Nikolay Patskeviç uğurlu nəticəyə görə idmançılara minnətdarlığını bildirib.
Səfir qeyd edib ki, Bakıda qazanılan yüksək nəticələr Belarusun Avropanın aparıcı idman ölkələrindən biri olmasının sübutudur.

O, bu ölkəni təmsil edən samboçu, final görüşündə zədələnən azərbaycanlı rəqibini çiynində daşıyan Stepan Popovun təqdir olunan bu davranışı haqqında da danışıb:

“Bundan sonra çox sayda Belarus-Azərbaycan birgə müəssisələrinin rəhbərləri, o cümlədən “Belarus” traktorlarının yığıldığı Gəncə Avtomobil Zavodunun direktoru Xanlar Fətiyev mənə zəng vurublar. Belarus samboçusunun bu davranışı Azərbaycanda hər kəsi dərindən təsirləndirib”.

Səfirlikdə keçirilən qəbuldan sonra Belarus idmançıları üçün Bakının görməli yerlərinə ekskursiyası təşkil olunub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm