Avropa Oyunlarının bağlanış mərasimi ilə bağlı XƏBƏRDARLIQ
Bizi izləyin

Qırmızı.az

Avropa Oyunlarının bağlanış mərasimi ilə bağlı XƏBƏRDARLIQ

28 iyun Bakı 2015 İlk Avropa Oyunlarının Bağlanış Mərasimi günü bəzi yollarda nəqliyyat vasitələrinin hərəkəti saat 16.00-dan gecə saat 2.00-a qədər məhdudlaşdırılacaq.

Bu barədə Publika.az-a Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən (NİİM) məlumat verilib.

- Heydər Əliyev prospektinin Babək qovşağından Sabunçu qovşağına qədər olan hissəsi

- Mehdi Hüseyn küçəsinin Parlament prospektindənTeymur Elçin küçəsi ilə kəsişməsinə qədər olan hissəsi.

Bağlanış Mərasiminə bileti olan hər kəsə genişləndirilmiş iş rejimində fəaliyyət göstərəcək ictimai nəqliyyat xidmətlərindən istifadə etmələri tövsiyə edilir.

Belə ki, iyunun 28-i metro səhər saat 06.00-dan gecə saat 02.00-a qədər və Ekspress avtobuslar səhər saat 05.00-dan gecə saat 02.00-a qədər fəaliyyət göstərəcək.

Bakı 2015 Avropa Oyunları zamanı nəqliyyat haqqında ən son məlumat üçün aşağıda qeyd olunmuş mənbələrə müraciət edə bilərsiniz:

- www.baku2015.com

- Bakı 2015 Tamaşaçılar üçün Məlumat Mərkəzi - 2015 nömrəsinə zəng etməklə əlaqə saxlamaq olar;

- Radio dalğası (107.7 FM), internet səhifəsi (www.niim.az), Facebook səhifəsi və Məlumat Mərkəzi də daxil olmaqla, NİİM-in məlumat kanalları.

Gülnar Əliyeva

Oxumağa davam et
Reklam
Reklam

Gündəm