• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

Şamaxı Rəsədxanasının direktoru işdən çıxarıldı

Şamaxı Rəsədxanasının direktoru işdən çıxarıldı

AMEA Rəyasət Heyətinin bu gün keçirilən iclasında akademiyanın strukturunda bəzi kadr dəyişiklikləri edilib.

Publika.az xəbər verir ki, Əyyub Quliyev Şamaxı Astrofizika Rəsədxanasının direktoru vəzifəsindən azad edilib. Onun yerinə AMEA-nın müxbir üzvü Namiq Cəlilov təyin edilib.

Şamaxı Astrofizika Rəsədxanasından bildiriblər ki, Ə.Quliyev bundan sonra rəsədxanada baş elmi işçi kimi fəaliyyətini davam etdirəcək.

Bundan başqa akademik Adil Qəribov AMEA-nın Radiasiya Problemləri İnstitutunun direktoru vəzifəsindən azad edilib.

Fizika elmləri doktoru Oqtay Səmədov institutun direktoru təyin olunub.

Qeyd edək ki, hər iki direktorun işdən azad edilməsi barədə qərar bu gün AMEA Rəyasət Heyətinin bugünkü iclasında qəbul edilib.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR