Qırmızı.az
Bakıdan Türkiyəyə qatarla getmək olacaq
Sərnişin və yük lokomativlərin yenilənməsi istiqamətində
2016-2018 illər proqramına əsasən dəmiryol nəqliyyatında
yenidənqurma işlərinə start verilib.
ANS TV-nin məlumatına görə, bunun üçün artıq Bakıya bu il
ikimərtəbəli qatar gətirilib. Yeni qatarların hərəkəti üçün
energetika və rabitə, siqnalizasiya xəttləri yenilənir. Bu işlər
isə Böyük- Kəsik stansiyasından başlayaraq Bakıya qədər həyata
keçirilir. Yenilənən dəmiryol xətti bir dispetçer pultu vasitəsilə
idarə olunacaq. Bu işlərdən sonra 50 ədəd dəyişən cərəyanlı yük və
sərnişin lokomitivlərini də dəmiryol relslərində görmək
olacaq.
“Azərbaycan Dəmiryolları” Qapalı Səhmdar Cəmiyyətinin mətbuat
xidmətinin rəhbəri Nadir Əzməmmədovun dediyinə görə, bütün bu işlər
çərçivəsində gələn il Qazaxıstandan 10 ədəd manevr tipli teplovoz
gətiriləcək ki, onlar da yalnız stansiyalar arasında fəaliyyət
göstərəcək.
Bundan əlavə ölkəyə 300 ədəd yeni yük vaqonları gətirilib. Daha 30 ədəd Avropa standartlarına cavab verən sərnişin vaqonlarının gətirilməsi nəzərdə tutulur. Bu işlər başa çatdırılandan sonra, gələn il Türkiyəyə sürətli qatar vasitəsilə gedib-gəlmək mümkün olacaq.
-
Hadisə16:55
Bakıda bazar yanır
-
Nida Xəbər 16:10
Ceyhun Bayramov İran səfiri ilə görüşdü
-
Sosial15:10
Cavanşir Məmmədovun dəfn yeri açıqlandı
-
Hadisə14:20
Azərbaycanlı iş adamı öldürüldü
-
Maraq dünyası13:35
Dünyanın ən gənc və ürəyi boş milyarderi: Bu müəmmalı şəxs niyə hamıdan gizlənir?
-
Hadisə13:01
Cavanşir Məmmədov vəfat etdi
-
Hadisə12:30
Maşınlarını tıxacda saxlayıb dalaşdılar - VİDEO
-
Sosial11:55
Əli Əsədov qərar imzaladı