Yeni tədris ili üçün tətil günləri açıqlandı
Bizi izləyin

Qırmızı.az

Yeni tədris ili üçün tətil günləri açıqlandı

Azərbaycan Təhsil Nazirliyi 2015-2016-cI tədris ilində orta məktəb şagirdləri üçün nəzərdə tutulan tətillərin müddətlərini açıqlayıb.

Nazirlikdən Publika.az-a verilən məlumata görə, yeni tədris ilində ümumtəhsil məktəblərində dərs məşğələləri sentyabrın 15-də başlayıb, iyunun 14-də yekunlaşacaq.

Dərs ili iki yarımilə bölünür. Birinci yarımil 15 sentyabr - 26 yanvar, ikinci yarımil 1 fevral - 14 iyun tarixlərini əhatə edir.

Dərs ili ərzində payız və qış tətilləri olacaq. Payız tətili 5 gün (16-20 noyabr), qış tətili 5 gün (27-31 yanvar) olacaq. İbtidai siniflər üçün 5 günlük (1-5 may) əlavə yaz tətili müəyyən edilib.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm