AMEA magistraturaya qəbul olunmuş şəxslərə müraciət etdi
Bizi izləyin

Qırmızı.az

AMEA magistraturaya qəbul olunmuş şəxslərə müraciət etdi

Azərbaycan Milli Elmlər Akademiyasının magistraturasına qəbul olmuş bakalavrlara müraciət edib.

AMEA-dan Publika.az-a verilən məlumata görə, 2015/2016-cı tədris ili üçün Azərbaycan Milli Elmlər Akademiyasının magistraturasına qəbul olmuş bakalavrlar AMEA-da qeydiyyatdan keçməlidirlər.

Qeydiyyat üçün şəxsiyyət vəsiqəsinin əsli və surəti, bakalavr diplomunun əsli və surəti (cari ilin məzunları üçün bakalavr kursunu tam başa vurması haqqında ali təhsil müəssisəsindən arayış), 4 ədəd fotoşəkil (3×4 sm), magistraturaya qəbul imtahanının nəticələri haqqında məlumatı gətirməlidirlər.

Magistraturaya qəbul olmuş bakalavrların qeydiyyatı iyun ayının 29-dan iyul ayının 10-dək (şənbə və bazar günləri istisna olmaqla) saat 10:00-dan 17:00-dək AMEA-nın Elm və təhsil idarəsinin Təhsil şöbəsində (Hüseyn Cavid pr., 115, I mərtəbə,otaq153) aparılacaq.

Qeydiyyatdan keçməyən bakalavrlar qəbul olunanların siyahısından xaric ediləcəklər.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm