Mərkəzi Neftçilər Xəstəxanasında yeni şöbələr açılıb
Bizi izləyin

Qırmızı.az

Mərkəzi Neftçilər Xəstəxanasında yeni şöbələr açılıb

Mərkəzi Neftçilər Xəstəxanasında Hemodializ və Urologiya şöbələri açılıb.

Səhiyyə Nazirliyindən Publika.az-a verilən məlumata görə, səhiyyə naziri Oqtay Şirəliyev əsaslı təmir və yenidənqurma işləri ilə tanış olub.

Təmirdən çıxmış Hemodializ şöbəsi 15, Urologiya şöbəsi 20 çarpayı ilə təmin edilib. Hemodializ şöbəsində dializ avadanlıqlarının istehsalı üzrə dünya lideri olan Almaniyanın “Fresenius Medikal Care AG” şirkətinin 13 ədəd stasionar “Fresenius” 4008S, 1 ədəd “Fresenius” 4008E, 1 ədəd “Fresenis” 4008H Prometeus, 1 ədəd portativ “Fresenius” ADM08, markalı kompüterləşdirilən “süni böyrək” aparatları, “Aquasafe 08” markalı Osmos yüksək sutəmizləyici qurğusu, “Granumiks 500” markalı dializ məhlulları hazırlamaq üçün mikser, tərəzi ilə təchiz edilən dializ yataqları və digər dializ avadanlıqları quraşdırılıb.

Aparıcı xəstəxanalardan biri olan MNX-sı istər müalicə-diaqnostika avadanlığı ilə təminat, istərsə də tibbi kadrların hazırlıq səviyyəsi və peşəkarlığı baxımından ən müasir klinikalardan biridir. MNX-sı insanların daha rahat və keyfiyyətli tibbi xidmət alması üçün bütün lazımi tədbirləri həyata keçirdir, mütəmadi olaraq Xəstəxananın şöbələri əsaslı təmir, son texnologiyalara uyğun tibbi avadanlıqlarla təmin olunur.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm