• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

İş axtaranların nəzərinə!

İş axtaranların nəzərinə!

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) yanında Dövlət Məşğulluq Xidməti (DMX) sabah Neftçala rayonunda əmək yarmarkası keçirəcək.

Qurumun mətbuat xidmətindən Publika.az-a verilən məlumata görə, Neftçala rayon Mədəniyyət Mərkəzində təşkil olunacaq yarmarkada 16-sı dövlət, qalanları özəl sektora məxsus 39 müəssisə üzrə 185 boş (vakant) iş yeri işsiz və işaxtaran vətəndaşlara təqdim ediləcək. Həmin müəssisələrin nümayəndələrinin də iştirak edəcəyi aktiv məşğulluq tədbirində boş iş yerlərinə göndərişlər verilməklə yanaşı, peşə hazırlığı və əlavə təhsil kurslarına, ödənişli ictimai işlərə cəlb edilmək istəyən şəxslər qeydiyyata alınacaq.

2015-ci il üzrə əmək yarmarkalarına cari ilin mart ayından başlayıb və ötən müddətdə 10 rayonda əmək yarmarkaları keçirilib. Bu tədbirlərdə 701 nəfərə boş iş yerlərinə göndəriş verilib, 22 nəfər peşə hazırlığına, 39 nəfər ödənişli ictimai işlərə cəlb edilmək üçün qeydiyyata götürülüb. Ümumilikdə cari il ərzində Dövlət Məşğulluq Xidməti tərəfindən respublikanın 55 rayon və şəhərində əmək yarmarkalarının təşkil olunması nəzərdə tutulub.

Gülnar Əliyeva

Xəbər lenti

DAHA ÇOX XƏBƏR