Qırmızı.az
Əhməd Vəliyev rektorluğu oğluna verdi
“Odlar Yurdu” universitetinin rektoru, deputat Əhməd Vəliyev
rektorluğunu böyük oğlu Samir Vəliyevə təhvil edib.
Bu barədə məlumatı Publika.Az -a adının açıqlanmasını istəməyən
universitet əməkdaşlarından biri deyib.
Mənbə bildirib ki, S. Vəliyev universitetin tədris və akademik proqramlar üzrə birinci prorektoru vəzifəsində çalışır. Rektor-deputatın bu addımı atmasına səbəbsə Milli Məclisdə rektor-deputat məsələsinin qaldırılması olub. Mənbə iddia edir ki, İqtisad Universitetinin rektoru Şəmsəddin Hacıyevin vəzifəsindən azad edilməsi isə Ə. Vəliyevi universitetdən tamamilə uzaqlaşdırıb. "Odlar Yurdu" özəl universitet olduğundan burda ikinci problem də var. Belə ki, Milli Məclisdə bir neçə dəfə deputatların sahibkarlıq fəaliyyəti ilə məşğul olmasının qadağan edilməsi məsələsi də qaldırılıb.
Mənbə iddia edir ki, Ə. Vəliyevin kiçik oğlu Munir Vəliyev də universitetdə maliyyə işləri üzrə prorektordur.
Qeyd edək ki, Ədalət Partiyasının sədri, deputat İlyas İsmayılov
bir müddət öncə parlamentdə rektor olan deputatların ya
vəzifələrindən azad edilməsi, ya da deputat mandatının ləğv
edilməsi məsələsini qaldırmışdı. Hazırda bu məsələ açıq olaraq
qalır. İ. İsmayılov bu məsələyə görə hətta MSK-nı məhkəməyə
verib.
Məsələ ilə bağlı Əhməd Vəliyevin mövqeyini öyrənməyə
çalışacağıq.
Asif
-
Cənubi Qafqaz19:36
Ermənistan hərbçisi Azərbaycanla sərhəddə minaya düşdü
-
Avropa17:21
Makrondan qorxunc iddia: Avropa dağılacaq, köçkünlər olacaq
-
Kriminal16:33
Özünü ölmüş kimi təqdim edən biznesmenə hökm oxundu
-
MDB16:00
Avropa Yer üzündən silinəcək, Amerika isə... - Belarusdan şok hədə
-
Rəsmi xronika15:29
İlham Əliyev və Japarov Ağdamda - FOTOLAR
-
Sosial14:51
Videomu paylaşıb məni biabır etmək istəyirlər - Cahangir Əsgərov
-
Sosial14:16
Elmira Süleymanova vəfat etdi - FOTO
-
Cənubi Qafqaz13:40
İrəvandan İlham Əliyevin təklifinə cavab gəldi: Hazırıq!