İş şəraiti oruc tutmamaq üçün üzr sayıla bilərmi?
Bizi izləyin

Qırmızı.az

İş şəraiti oruc tutmamaq üçün üzr sayıla bilərmi?

Müsəlman aləmi 11 ayın sultanı olan Ramazan ayının 8-ci gününü yaşayır.

Bu ayın həm mənəvi, həm də sağlamlıq baxımından üstünlükləri danılmazdır. Lakin hər kəs oruc tutub bu üstünlüklərdən yararlana bilmir.

Gərgin iş şəraiti və sağlamlığındakı problemlər oruc tutmaq istəyənlərin tərəddüd yaşamasına səbəb olur. Onlar işlərinin gərgin olduqlarını əsas gətirərək oruc tutarkən ciddi baş ağrıları yaşadıqlarından şikayət edirlər. Bəs belə çətinliyi olanlara oruc tutmaq vacibdirmi?

Qafqaz Müsəlmanları İdarəsindən Publika.az-a bildiriblər ki, oruc güclü bədən üçündür. Ramazan ayı bədənin sağlamlığa qovuşması üçündür, bədənin zərər görməsinə imkan verilməməlidir.

“Oruc tutmaq hər bir müsəlmana vacib buyurulmuş hökmdür. Mübarək Ramazan ayında yalnız oruc tutulduğu halda fəsad yarada biləcək bir xəstəlik üz verdikdə şəxs oruc tutmaya bilər. Hər hansı gündəlik iş rejimi üzr sayıla bilməz.

Səhhətində sıxıntılar yaşayanlar həkimə müraciət etməlidirlər. Əgər dindar və öz işində mütəxəssis olan həkim oruc tutmağı qadağan etsə, o zaman həmin şəxs oruc tutmaya bilər. Lakin sonradan - sağlamlıq bərpa olduqdan sonra oruc tutmadığınız həmin günlərin qəzasını yerinə yetirməli və hər bir gün üçün də 750 qram buğdanın pulunu fəqir və yoxsula verməlisiniz.

Gərgin iş rejimində çalışan şəxslərə Mübarək Ramazan ayı daxil olarkən Əmək Məcəlləsində nəzərdə tutulduğu qaydada məzuniyyət götürmək məsləhət görülür. Həmçinin iş rəhbərindən Ramazan ayı boyunca iş rejiminin yüngülləşdirilməsi də xahiş edilə bilər”.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm