Zeytun-Min bir dərdin dərmanı
Bizi izləyin

Qırmızı.az

Zeytun-Min bir dərdin dərmanı

Zeytun-Min bir dərdin dərmanı

Qədim subtropik meyvə bitkisi olub, yetişdirilməsi 4 min il əvvəllərə gedib çıxan zeytun insan sağlamlığına və uzunömürlüyünə müsbət təsir göstərən məlhəm kimi də tanınır.

Həyatını bağçılığa sərf etmiş böyük alimlərin fikirincə, meyvələr arasında zeytun qədər faydalısı yoxdur. Həzrət Əli ibn Musa ər-Riza buyurur: “Zeytun, yaxşı qidadır. Ağızda xoş qoxu yaradır, bəlğəmi aparır, üzə təravət verir, əsəb sistemini gücləndirir, qəzəb alovunu söndürür”. Bütün bu əhəmiyyətlərinə görə, Quranda zeytun “mübarək ağac” adlandırılır.

Zeytun meyvələri yüzdən artıq aktiv maddələri özündə birləşdirir. Bu da insan orqanizminin gücünün bərpasını sürətləndirir. Zeytunun konservləşdirilmiş yaşıl meyvələri kalium duzları, fosfor, dəmir, zülal, şəkər, eyni zamanda A, B və S vitaminləri ilə zəngindir. İlk dəfə qədim misirlilər və yunanlar müalicəvi xususiyyətlərindən xəbərdar olduqları üçün zeytundan müxtəlif sağlamlıq məqsədləri üçün istifadə ediblər. Hətta o dövrdə balzam və dərmanların əsasını zeytun yağı təşkil edirdi. Mütəxəsislərin apardığı araşdırmalar nəticəsində bəlli olub ki, zeytun hipertoniya, ürək-damar, mədə-bağırsaq xəstəliklərinin qarşısının alınmasında böyük əhəmiyyət kəsb edir. Belə ki, zeytunun meyvələri yüksək kaloriyə malik olub, yarpaqları aktiv maddələrlə zəngindir. Buna görə də qan təzyiqi olan xəstələr zeytun yarpağından dəmlənmiş çay içməklə bu xəstəliyi aradan qaldırmış olurlar. Zeytunun müalicəvi xüsusiyyətlərini saymaqla qurtarmaq olmaz. Mütəxəssislərin fikrincə, bu unikal meyvə virus infeksiyalarına qarşı da güclü vasitədir. Söhbət bronxit, vərəm, hepatit, herpes və digər həyat üçün təhlükəli sayılan viruslardan gedir. Həkimlər ürək-damar xəstəlikləri riskinin azalmasında zeytunun müstəsna əhəmiyyətə malik olduğunu deyir. Belə ki, dünya alimləri araşdırma apararaq Aralıq dənizi hövzəsi xalqlarının ən aşağı ürək-damar xəstəlikləri göstəricisinə malik olduqlarını aşkara çıxarıblar. Bəlli olub ki, həmin ərazidə insanların mütəmadi olaraq zeytun meyvəsindən istifadə edərək özləri də bilmədən bu xəstəliyi yeniblər. Zeytunun həzm sisteminə müsbət təsirini qeyd edən həkimlər hər gün yemək qəbulundan öncə 12 ədəd zeytun qəbul edilməsini mədə xorasında ən effektiv profilaktik vasitə kimi qiymətləndirirlər.

Zeytunun meyvəsi, yarpaqları ilə bərabər ondan hazırlanmış yağ da xüsusi müalicəvi xassələrə malikdir. Bu yağ orqanizmin enerji ehtiyaclarının ödənməsində olduqca mühüm rol oynayır.

Belə ki, bitki yağları içərisində ən sağlamı hesab edildiyindən arteriyalarda yığılaraq ateroskleroz yaradan xolestrinin miqdarını aşağı salır. Zeytun yağı digər yağlara nisbətən insan orqanizmi tərəfindən daha yaxşı mənimsənilir, həzm orqanlarına və qaraciyərin fəaliyyətinə müsbət təsir göstərir. Zeytun yağının müalicəvi təsiri ilə bağlı Rusiya Federasiyası Ərzaq İnstiututu maraqlı, eyni zamanda, bəşəri əhəmiyyət daşıyan araşdırma aparıb. Araşdırma nəticəsində zeytunun hətta bəşəriyyətin bəlası olan xərçəng xəstəliklərinin sağalmasında böyük rolunu aşkara çıxarıblar. Tədqiqatlar göstərib ki, yüzfaizlik zeytun yağında hətta təkrar emal zamanı kanserogen, yəni xərçəng törədən maddələr yaranmır. Zeytunun tərkibində olan E vitamini və polifenollar qadınlarda süd vəzilərinin xərçəngə tutulma riskini aşağı salır. Bunun üçün həkimlər qadınların hər gün zeytun yağı qəbul etməsini məqsədəuyğun sayır. “A”, “B”, “E” və “K” vitaminləri ilə zəngin olan zeytun yağı hüceyrələrin fəaliyyətinin artırılmasına və yaşlanmanın gecikməsinə təsir edən “Oleropeyn” maddəsi ilə zəngindir. Bu maddə ABŞ və bir çox inkişaf etmiş ölkələrdə xərçəng xəstəliyinə qarşı mübarizədə dərman kimi istifadə edilir. Zeytun yağını digər bitki yağlarından fərqləndirən başlıca xüsusiyyəti bu bitkinin “Oleik asit” maddəsi ilə zəngin olmasıdır. “Oleik asit” xüsusilə döş xərçənginin yaranması riskini aradan qaldırır.

Digər tərəfdən, zeytun yağından sinir xəstəliklərinin qarşısının alınmasında da istifadə edilir. Çünki bu yağ doymamış yağ turşuları ilə zəngindir. Bu turşular bədəndə toplanan toksinlərin ifraz ediməsinə kömək edir. Zeytun yağı təbii kosmetik vasitə kimi də istifadə edilir. Habelə, zeytundan istifadə saçların tökülməsinin qarşısını alır. Zeytun yağı, hüceyrə yenilənməsini sürətləndirir. Güclü bir antioksidandır, Hamiləlik dövrümdə istifadəsi əhəmiyyətlidir körpənin zəka inkişafını artırır. Yaşlanmağı önləyən zeytun yağı saça inanılmaz gözəllik qatar. Quru dərini canlandırar, qırışları azaldır. Zeytun yağı dərini yumşaldır və elastik, hamar bir görünüş verər.

Dünya alimləri də zeytunla qidalanmanın şəfaverici faydalarını sübuta yetiriblər. Amerikanın həftəlik “Times” jurnalı zeytunu dünyanın ən sağlam ərzaqlar qrupuna daxil edib. Bu bitki və onun yağı səhhət üçün faydalıdır və qanda xolestrolun miqdarını azaltmaq qabiliyyətinə malik monodoymamış turşu yağlarının çoxluğuna görə məşhurdur. Zeytun ürək və qan damarlarını arteriosklerozdan qoruyur. Belə ki, o sağlam qidalanma modeli sayılan Aralıq dənizi pəhrizinin əsas komponentidir.

Cəvahir Səlimqızı

Yazı Azərbaycan Mətbuat Şurası və "Azərsun Holdinq"in birgə keçirdiyi "Zeytun Bağları" Azərbaycan zeytununun şöhrəti" mövzusundakı müsabiqəyə təqdim olunmaq üçün verilir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm