Nazirlik çaylardakı vəziyyəti açıqladı
Bizi izləyin

Qırmızı.az

Nazirlik çaylardakı vəziyyəti açıqladı

Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 40-60, Kiçik Qafqazın çaylarında 30-60, Lənkəran-Astara bölgəsi çaylarında 50-110, Naxçıvan MR çaylarında isə 10 faizini təşkil edir.

Publika.az xəbər verir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin iyunun 25-nə olan məlumatında qeyd edilib.

Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində dəyişiklik müşahidə olunmayıb. Hazırda məntəqədə su sərfi 220 m3/s olmaqla ongünlük normanın 54 faizini təşkil edir.

Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 1 sm azalma müşahidə olunub. Hazırda məntəqədə su sərfi 86 m3/s olmaqla, ongünlük normanın 52 faizini təşkil edir.

İyunun 25-də Kür çayının aşağı axınında suyun səviyyəsində əsasən mühüm dəyişiklik müşahidə olunmayıb. Belə ki, Kür çayının Surra məntəqəsində 1, Şirvanda 8 sm artım, Bankədə 4, Araz çayının Novruzlu məntəqəsində 2 sm azalma qeydə alınıb, Salyanda isə suyun səviyyəsində dəyişiklik müşahidə olunmayıb.

Hazırda Surra məntəqəsində suyun səviyyəsi 321 sm (2014-cü il iyunun 25-də 313 sm), Şirvanda 157 sm (2014-cü il iyunun 25-də 161 sm), Salyanda 78 sm (2014-cü il iyunun 25-də 95 sm), Bankədə 175 sm (2014-cü il iyunun 25-də 211 sm), Araz çayının Novruzlu məntəqəsində isə 36 sm (2014-cü il iyunun 25-də 48 sm) təşkil edir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm