Ombudsman məhbuslarla görüşüb
Bizi izləyin

Qırmızı.az

Ombudsman məhbuslarla görüşüb

Ombudsman Elmira Süleymanova Milli Preventiv Qrupun üzvləri ilə birlikdə 4 saylı Cəzaçəkmə Müəssisəsinə (CM) növbəti dəfə başçəkmə həyata keçirib.

Ombudsman Aparatının mətbuat xidmətindən Publika.az-a verilən xəbərə görə, CM-in yataqxanalarına, yeməkxanasına və tibb-sanitar hissəsinə baxışlar keçirilib.

Müəssisə ərazisində obyektlərin təmir olunduğu, müsbət dəyişikliklərin həyata keçirildiyi, saxlama şəraitinin, qidalanma vəziyyətinin yaxşılaşdırıldığı, məhkum qadınların məşğulluq imkanlarının artırıldığı, yeni stomatoloji kabinetin təşkil olunduğu və müasir avadanlıqla təchiz edildiyi, ümumən keyfiyyətli tibbi xidmətin göstərildiyi müəyyən edilib.

Müvəkkilin əvvəlki tövsiyələri də nəzərə alınmaqla görülmüş tədbirlər nəticəsində məhkum qadınların vəziyyətinin yaxşılaşdığı müşahidə olunub.

Başçəkmə zamanı Ombudsman tərəfindən həmin müəssisədə 100-dən çox məhkum qadın fərdi qaydada dinlənilib, habelə 30 nəfər öz xahişi ilə təkbətək qəbul edilib, ərizə və müraciətlərinə baxılıb.

Məhkumlara hüquqları, əfvlə bağlı müvafiq qanunvericiliyin tələbləri, Ombudsmanın səlahiyyətləri izah edilib, qaldırdıqları sosial və ailə məsələləri ilə bağlı onlara hüquqi məsləhətlər verilib.

Müvəkkil səlahiyyətləri çərçivəsində onların problemlərinin həllində yardımçı olacağını bildirib.

E. Süleymanova körpəsi olan məhkum qadınlarla da görüşüb, anaların və uşaqların vəziyyətini öyrənib, əhval-ruhiyyəsi, sağlamlıq durumu ilə maraqlanıb.

Söhbət aparılan məhkum qadınlar saxlanma şəraitindən, onlara qarşı rəftardan, verilən qidanın keyfiyyətindən və göstərilən tibbi xidmətdən razı olduqlarını bildiriblər.

Başçəkmənin nəticəsi ilə bağlı Ədliyyə Nazirliyinə müraciət olunacaq.

Gülnar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm