ADU-da Beynəlxalq Qadınlar günü qeyd edilib
Bizi izləyin

Qırmızı.az

ADU-da Beynəlxalq Qadınlar günü qeyd edilib

Martın 7-də Azərbaycan Dillər Universitetində (ADU) 8 mart – Beynəlxalq Qadınlar günü münasibətilə bayram tədbiri keçirildi. Tədbir Azərbaycan Dillər Universitetinin Tələbə Gənclər Təşkilatı və Tələbə Həmkarlar Təşkilatının təşkilatçılığı ilə baş tutub.

Publika.Az-ın məlumatına görə, tədbiri giriş sözü ilə açan ADU-nun rektoru, Milli Məclisin deputatı, professor Səməd Seyidov ən gözəl, ən ağıllı xanımların məhz Azərbaycan Dillər Universitetində olduğunu bildirib. “Dili, mövqeyi, əxlaqı gözəl olan xanımlarımız bizim üçün böyük bir əmanətdir” –deyən rektor Səməd Seyidov universitetin hər zaman ADU xanımları ilə fəxr etdiyini söyləyib. Rektor Səməd Seyidov Dillər Universitetinin xanımlarının Azərbaycanın müxtəlif müəssisələrində ən öndə gedən mütəxəssis kimi fəaliyyət göstərdiklərini, dövlət səviyyəli tədbirlərin hər zaman fəal iştirakçıları olduqlarını dilə gətirib. O, universitetin müəllimlərinin artıq repsublika səviyyəsində deyil, dünya səviyyəsində peşəkar mütəxəssislər olduqlarını sözlərinə əlavə edib. Rektor, professor Səməd Seyidov universitetdə təhsil alan və çalışan xanımları bayram münasibətilə universitet kollektivi adından ürəkdən təbrik edib, xoşbəxtlik arzuladı və qarşılarına çıxan problemlərin həllində uğurlar diləyib.

Tədbirin aparıcıları Pedaqoji fakültənin tələbələri Röya Məmmədova və Çoşqun Dadaşov hər il qeyd olunan 8 mart – Beynəlxalq Qadınlar gününün tarixi haqqında qısa məlumat veriblər.

Bayram tədbirində universitetin “Dalğa” Rəqs qrupu milli rəqs nümayiş etdiriblər. Tələbələrdən Çoşqun Dadaşov pianinoda, Sona Rzaquluzadə və Elnur Əliyev gitarada musiqi ifa ediblər. Əminə Talıbova Cəfər Cabbarlının “Ana”, Turanə Əlizadə isə öz yazdığı “Qadınlar” şeirini səsləndirdilər. Rasim Əhmədov isə ifa etdiyi mahnılarla xanımları təbrik edib.

Tədbirdə universitetin Elmi işlər üzrə prorektoru, professor Dünyamin Yunusov, Tərbiyə işləri üzrə prorektoru, professor Ələddin Əliyev, Pedaqoji fakültənin dekanı, professor Əfqan Abdullayev və Həmkarlar İttifaqı Komitəsinin sədri, dosent Misgər Məmmədov universitetin ictimai həyatında fəallıq göstərən müəllim və tələbələri 8 mart – Beynəlxalq Qadınlar günü münasibətilə xoş arzularını bildirib və onları sertifikatlarla təltif edib.

Publika.Az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm