Hərbi Akademiyada məzunların buraxılış mərasimi keçirilib - FOTO
Bizi izləyin

Qırmızı.az

Hərbi Akademiyada məzunların buraxılış mərasimi keçirilib - FOTO

Silahlı Qüvvələrin Hərbi Akademiyasında akademiyanın məzunlarının növbəti buraxılış mərasimi keçirilib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Publika.az-a verilən məlumata görə, mərasimin açılışında Azərbaycanın Dövlət himni səsləndirildikdən sonra ümummilli lider Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda həlak olan şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükütla yad edilib.

Buraxılış mərasimində Hərbi Akademiyanın rəisi general-leytenant Heydər Piriyev müdafiə naziri general-polkovnik Zakir Həsənovun təbrikini şəxsi heyətə çatdıraraq geniş məruzə ilə çıxış edib.

Sonra general-leytenant H.Piriyev və polkovnik Murad Həmidov tərəfindən məzunlara diplomlar və döş nişanları təqdim olunub.

Tədbirin sonunda Strateji Araşdırmalar və Dövlət Müdafiəsini İdarəetmə Akademik Kursunu və Əməliyyat-taktiki fakültəsini yüksək nəticələrlə bitirmiş dinləyicilər akademiyanın yaş kötüyünə xatirə lövhəsini vurublar.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm