• USD 1,7339 0,00% EUR 1,8651 +1,90%
    • GBP 2,2098 +0,44% RUB 0,0271 +0,37%

Gəncə Dövlət Universitetinin yeni rektoru kimdir?

Gəncə Dövlət Universitetinin yeni rektoru kimdir?

Prezident İlham Əliyev Yusif Əmiralı oğlu Yusibovun Gəncə Dövlət Universitetinin rektoru təyin edilməsi haqqında sərəncam imzalayıb.

Yeni rektor Yusif Yusibov 20aprel 1951-ci ildə Azərbaycan respublikası Samux rayonunun Samux kəndində anadan olub. 1968-ci ildə Bərdə rayonunun «Qırmızı Samux» kənd orta məktəbini bitirdikdən sonra Bakı Dövlət Universitetinin kimya fakültəsinə daxil olub və 1973-cü ildə həmin fakültəni fərqlənmə diplomu ilə bitirib.

Y.Ə.Yusibov 1973-cü ildə keçmiş SSRI Elmlər Akademiyası M.D.Zelinski adına Üzvi Kimya Institutunun aspiranturasına daxil olmuşdur. 1978-ci ildə həmin institutda «NO qazının reduksiyası reaksiyasında sintetik seolitlərin tərkibindəki keçid elementlərinin katalitik aktivliyə təsirinin RFES (rentgen fotoelektron spektroskopiya) metodu ilə tədqiqi» mövzusunda namizədlik dissertasiyası müdafiə etmişdir.

1978-81ci illərdə Moskva şəhərində Üzvi Kimya Institutunda kiçik elmi işçi vəzifəsində çalışıb. 1981-ci ildə Azərbaycan Kənd Təsərrüfatı Akademiyasında (AKTA) pedaqoji fəaliyyətə başlamış və 1981-93-cü illərdə həmin akademiyanın «Kimya» kafedrasında dosent vəzifəsini tutub.

1993-cü ildə «Mis və gümüş əsasında üçkomponentli halkogenidlərin alınmasının fiziki-kimyəvi əsasları və termodinamiki xassələri» mövzusunda doktorluq dissertasiyası müdafiə etmiş və 1996-cı ildə «professor» elmi adını alıb. 1995-96-cı illərdə AKTA-da «Kimya» kafedrasının professoru, 1996-97-ci illərdə isə həmin kafedranın müdiri vəzifəsində işləyib. 1997-ci ildən BDU-nun «Ümumi və qeyri-üzvi kimya» kafedrasının müdiri vəzifəsində işləyib. 1997-ci ildən BDU-nun «Ümumi və qeyri-üzvi kimya» kafedrasının professorudur.

Professor Y.Ə.Yusibovun apardığı elmi-tədqiqat işlərinin nəticəsində üçlü yarımkeçirici xalkogenid sistemlərinin faza tarazlıqlarının və termodinamiki xassələrinin tədqiqi praktikasına kristallik superion elektrolitli elektrik hərəkət qüvvəsi metodu daxil edilmiş və bununla da üçlü yarımkeçirici xalkogenid sistemlərinin kompleks tədqiqi metodologiyasına nəzərə çarpacaq yeniliklər gətirib.

Bu baza əsasında yarımkeçirici texnikası üçün vacib olan qeyri-üzvi birləşmələrin müəyyən bir sinfinin – mis və gümüşün üçkomponentli xalkogenidlərinin alınmasının fiziki-kimyəvi əsasları yaradılıb. Bu sistemlərdə faza tarazlıqları və onların termodinamiki xassələri üçün alınmış nəticələr üçkomponentli yarımkeçirici xalkogenidlərin termodinamikası və kimyası nöqteyi-nəzərindən də böyük əhəmiyyətə malikdir.

Termodniamiki xassələrin və faza tarazlıqlarının kompleks tədqiqi metodologiyasına gətirilmiş yenilik onun elmi-metodiki bazasını genişləndirmiş və möhkəmləndirib. Professor Y.Ə.Yusibov fiziki-kimyəvi analiz, qeyri-üzvi sistemlərin termodinamikası və materialşünaslıq sahəsində ixtisaslaşmışdır.

Onun elmi və pedaqoji fəaliyyəti 2 monoqrafiya, 4 dərs vəsaiti, 1 dərslik və 160-a qədər elmi əsərdə öz əksini tapib. O, 1 elmlər namizədi hazırlamışdır. «Kimyanın problemləri» elmi jurnalının redaksiya heyətinin üzvüdür. Xatırladaq ki, dekabrın 23-də Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamı ilə Gəncə Dövlət Universitetinin (GDU) rektoru Yadigar Əliyev tutduğu vəzifədən azad olunub.

Müvafiq qaydalara uyğun olaraq, universitetin rektoru vəzifəsinin icrası müvəqqəti olaraq GDU-nun tədris işləri üzrə prorektoru Yusif Yusibova həvalə edilmişdi. Yadigar Əliyev elmi-pedaqoji fəaliyyətini GDU-da davam etdirir.

Publika.Az

Xəbər lenti

DAHA ÇOX XƏBƏR