Millət vəkilindən təklif: Sürücülərin cərimələri ləğv edilsin!
Bizi izləyin

Qırmızı.az

Millət vəkilindən təklif: Sürücülərin cərimələri ləğv edilsin!

Millət vəkili Fazil Mustafa I Avropa Oyunları ilə bağlı maraqlı təkliflə çıxış edib.

Publika.az xəbər verir ki, millət vəkili oyunklarla əlaqədar sürücülərin cərimələrinin ləğv edilməsini təklif edib:

"Artıq I Avropa Oyunları başa çatmaq üzrədir. Azərbaycanın möhtəşəm bir yarışa ev sahibliyi etməsi, üstəlik idmançılarımızın bu oyunlarda qürurverici çıxışı hamımızın ürəyindən oldu. Bu oyunların təşkilində, ölkənin yaxşı imicinin formalaşmasında müxtəlif təbəqələrdən olan çox sayda vətəndaşlarımızın xidməti oldu. Bu vətəndaşların içində məncə peşəsindən asılı olmayaraq avtomobil idarə edən sürücülər və yollarda gecə-gündüz ən sərt istidə belə öz vəzifə borcunu yerinə yetirən polislər xüsusi olaraq qeyd edilməlidir.

Şəhərə giriş-çıxışın məhdudlaşdırılması, qadağanedici zolaqların tətbiqi ən çox sürücülər üçün narahatçılıq yaradırdı. Ancaq sürücülərin əksəriyyəti əslində böyük fədakarlıq göstərdilər, qaydalara əməl edərək yarışlarda daşınmaların normal tənzimlənməsinə yardım etdilər. Bir neçə gündən sonra Polis günü qeyd olunacaq və yəqin ki, oyunlar zamanı vəzifə borcunu yaxşı yerinə yetirmiş polislərin zəhməti lazımi səviyyədə qiymətləndiriləcək.

Düşünürəm ki, Avropa oyunlarında uğurlarımızı və sürücülərin əksəriyyətinin intizamlı davranışını nəzərə allaraq, oyunlar ərəfəsində və oyunlar zamanı qadağanedici zolaqlarda hərəkətə görə inzibati məsuliyyət çərçivəsində sürücülərə qarşı başladılan bütün inzibati icraat işləri dayandırılsın və anlaşılan dillə desək, bütün sürücülərin Avropa oyunları ilə əlaqəli yol hərəkətində tətbiq edilən qaydaları pozmağa görə ödəməli olduğu cərimələr ləğv edilsin. Ümid edirəm ki, Daxili İşlər Nazirliyi bu məsələyə anlayşla yanaşacaq və sürücülərə qarşı xoşməramlı bir addım atılacaq".

Oxumağa davam et
Reklam
Reklam

Gündəm