Qırmızı.az
Mağaza və küçələrdə nömrə satışı ləğv edilir
Azərbaycan Rabitə və Yüksək Texnologiyalar Nazirliyi
yaxın zamanda "IMEI" kodların qeydiyyat sistemini təkmilləşdirmək
niyyətindədir.
Publika.az-ın məlumatına görə, rabitə və yüksək texnologiyalar nazirinin birinci müavini İltimas Məmmədov ilkin mərhələdə insanların rahat istifadəsi üçün yaradılmış sistemin imkanlarından neqativ məqsədlərlə istifadə edildiyini bildirib.
"Onlar bir şəxsiyyət vəsiqəsi ilə bir neçə telefonu qeydiyyata
salırlar. Bunların qarşısını almaq üçün biz hazırda sistemdə
təkmilləşdirmə işləri aparmağa hazırlaşırıq və aidiyyəti qurumlarla
birgə bu məsələnin incəliklərinə nəzər yetirəcəyik. Bu günlərdə
Nazirlər Kabinetinin insanların telefonlarının şəxsiyyət vəsiqəsi
vasitəsi ilə qeydiyyata salınması qaydaları sərtləşdirilib və bunu
təmin edəcək mobil operatorlara şəbəkələrində zəruri olan
avadanlıqların alınması üçün üç ay vaxt verilib", - deyə nazirin
birinci müavini qeyd edib.
İ. Məmmədovun sözlərinə əsasən, yeni qaydalara uyğun olaraq,
telefon alan şəxs haqda tam bilgilər məlumat bazasına daxil
olduqdan sonra ona nömrə ayrılacaq və küçədə, dükanlarda mobil
telefon nömrəsi satışı dayandırılacaq.
"Bununla, biz hər bir istifadəçinin mobil cihazının və nömrəsinin
öz adına olmasına nail olacağıq və bu, mobil cihazların
qeydiyyatının davamı olacaq. Beləliklə, şəbəkə qeyri-qanuni
istifadə edilən cihazlardan və nömrələrdən təmizlənmiş olacaq", -
deyə İ. Məmmədov bildirib.
-
Sosial01:01
Azərbaycana qaytarılan dörd kəndin sakinləri DANIŞDILAR - VİDEO
-
Qoroskop00:31
Günün qoroskopu: köklü yeniliklər başlanır
-
Magazin119 Aprel 23:15
Nazpəri illər sonra İlhamə Quliyeva ilə küsülü olmasının səbəbini açıqladı - VİDEO
-
Hadisə19 Aprel 22:48
Bakı metrosunda OLAY
-
Nida Xəbər 19 Aprel 22:24
4 kənd qayıtdı - Növbəti mərhələdə nə var?
-
Dünya19 Aprel 22:12
Ukrayna Rusiyanın hərbi obyektlərini vura bilər - NATO-dan TAM DƏSTƏK
-
MDB19 Aprel 21:50
95 yaşlı diplomat öldü
-
Nida Xəbər 19 Aprel 21:20
Sərhədin delimitasiyası başladı: İrəvan dərhal Tehrana hesabat verdi