Qırmızı.az
Elmin İnkişafı Fondunun VI “Mobillik qrantı”nın nəticələri elan olundu
Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun xaricdə elmi tədbirlərdə və qısamüddətli təcrübə keçmədə iştirakı əhatə edən və 2014-cü ildə elan edilmiş VI “Mobillik qrantı” müsabiqəsinin nəticələri elan olunub.
Publika.az-ın məlumatına görə, müsabiqə müddətində Elmin İnkişafı Fondu qrant iddiaçılarına kömək məqsədilə 4 məsləhət seminarı təşkil edib. Müsabiqəyə daxil olmuş 16 layihənin ekspertizası nəticəsində 3 layihə texniki ekspertiza mərhələsindən keçməyib, 13 layihə isə elmi ekspertiza mərhələsinə buraxılıb.
Nəticələr Fondun Himayədarlar Şurası tərəfindən təsdiq edildikdən sonra 6-cı “Mobillik qrantı” müsabiqəsi üzrə ümumi maliyyələşdirilmə həcmi 43300 manat olan 7 qalib layihə müəyyənləşdirilib.
VI “Mobillik qrantı” müsabiqəsində qalib olan layihələrdən 6-sı xaricdə qısamüddətli elmi təcrübəkeçmə ilə (QMTK), 1-i isə xaricdə elmi tədbirdə iştirakla (XETİ) bağlı layihələrdir. Qaliblərdən 4-ü qadındır.
VI “Mobillik qrantı”nın qalibləri Almaniyada (2), Rusiya Federasiyasında (2), Türkiyədə (1), Böyük Britaniyada (1) və Hindistanda (1) elmi tədbirlərdə və qısamüddətli təcrübə keçmədə iştirak edəcəklər.
“Mobillik qrantı” üzrə müsabiqələrin keçirilməsində məqsəd Azərbaycanda elmin inkişafını dəstəkləmək, alimlərin xaricdə təcrübə keçməsini və tədbirlərdə iştirakını stimullaşdırmaq, beynəlxalq elmi əlaqələr qurulmasına şərait yaratmaq və ölkənin elmi kadr potensialını daha da gücləndirməkdir.
Qeyd edək ki, “Mobillik qrantı” müsabiqələri daimi əsaslarla keçirilir
-
Hadisə12:30
Maşınlarını tıxacda saxlayıb dalaşdılar - VİDEO
-
Sosial11:55
Əli Əsədov qərar imzaladı
-
Sosial11:25
Ömrü yarıda, pulu havada qalanlar: Pensiya kapitalı varislərə qaytarıla bilər?
-
Hadisə11:10
Azərbaycanın əməkdar artisti vəfat etdi - FOTO
-
Müsahibə10:15
Diplomu 175 ölkədə tanınan azərbaycanlı: İki illik proses 40 gündə bitdi
-
Region09:20
Tavuşda etiraz başladı: Ermənilər İrəvan-Tbilisi yolunu bağladılar
-
Ekopublika.az08:35
Azərbaycanda yumurta kəskin ucuzlaşdı - SƏBƏB
-
Nida Xəbər 07:50
Blinken Azərbaycanın kəndlərinin qaytarılması ilə bağlı razılaşmanı alqışladı