Qırmızı.az
Zakir Həsənov yeni hərbi obyektdə - FOTO
Müdafiə naziri, general-polkovnik Zakir Həsənov yeni
istifadəyə verilən əsgər yataqxanası, yeməkxana və
hamam-camaşırxana kompleksi ilə tanış olub.
Publika/az-;n Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən
verdiyi xəbərə görə, Zakir Həsənov hərbi hissədə ərazinin
perspektiv tikinti-quruculuq planı ilə tanış olub.
Məlumat verilib ki, ərazidəki yeni obyektlərin hamısı zəruri
avadanlıqla təchiz olunub, kommunukasiya xəttləri çəkilib və
ətrafda geniş abadlıq-quruculuq işləri aparılıb.
Üçmərtəbəli əsgər yataqxanasında hərbi qulluqçuların məişət şəraiti
üçün müasir infrastruktur yaradılıb, yataq və digər otaqlar lazımi
avadanlıqla tam təchiz olunub. Binanın hər mərtəbəsində məişət
guşələri, ideoloji və ayrı-ayrı xidməti otaqlar yerləşir. Bundan
əlavə, atıcı silahlar trenajorları sinfi, saxlanclar, idman və
digər inzibati otaqlar da hazırlanıb.
Yeni istifadəyə verilən hamam-camaşırxana kompleksi də stasionar
şəraitdə yerləşən hərbi hissənin şəxsi heyətinin sosial-məişət və
sanitar-gigiyenik şəraitinin yaxşılaşdırılması məqsədilə inşa
edilib.
İkimərtəbəli geniş əsgər yeməkxanası binası da yeni inşa olunaraq
yüksək keyfiyyətli qida məhsullarının hazırlanması üçün müasir
tipli avadanlıqla təmin olunub.
Əraziyə baxış keçirdikdən sonra Müdafiə Nazirliyinin rəhbərliyi
hərbi hissədə çalışan mülki əməkdaşlarla görüşərək söhbət aparıb və
hərbi qulluqçularla birlikdə nahar edib.
-
Magazin118:48
Röya Ayxan bu tarixdə ƏRƏ GEDİR - VİDEO
-
Səhiyyə18:12
Azərbaycanda uşaqlarla bağlı yeni tibbi mərkəz YARADILDI - FOTO
-
Avropa17:28
Bu ölkə Rusiyanı hədələdi: Şəhərlərinizi bombalayarıq
-
Region17:00
İrandan növbəti hədə: Görün SEPAH İsraili nə ilə qorxutdu
-
MDB16:22
Moskvada 21 yaşlı azərbaycanlı avtomobilini səkidə saxladı, ona irad tutan gənci öldürdü - VİDEO
-
Nida Təhlil 15:51
İşğalçı erməniyə göz yaşı tökən molla: İran silahı ilə Azərbaycanın neçə əsgəri öldürülüb?
-
Magazin115:18
Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”
-
Nida Xəbər 14:34
Moskva İrəvandan tələb etdi: Brüsseldə hazırlanmış plana reaksiya gözləyirik