TQDK dövlət sifarişi ilə tələbə qəbulunun proqnozunu açıqladı
Bizi izləyin

Qırmızı.az

TQDK dövlət sifarişi ilə tələbə qəbulunun proqnozunu açıqladı

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası tərəfindən “Abituriyent” jurnalının 4-cü sayı nəşr edilərək abituriyentlərin istifadəsinə verilib.

TQDK-dan Publika.az-a verilən məlumata görə, jurnalda 2015/2016-cı tədris ili üçün ali təhsil müəssisələrinə tələbə qəbulu müsabiqəsində iştirak etmək üçün ixtisas seçimi haqqında elanı, İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filialına tələbə qəbulu, həmçinin qabiliyyət İmtahanı Komissiyaları üzrə ali təhsil müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisasları üçün müsabiqə şərtləri əks olunub.

Jurnalda 2015/2016-cı tədris ili üçün ali təhsil müəssisələrinə qəbul aparılan ixtisaslar, bakalavriat səviyyəsinə dövlət sifarişi ilə tələbə qəbulunun proqnozu, ali təhsil müəssisələrinin siyahısı, ali təhsil müəssisəsi ilə dövlət sifarişi ilə təhsil alacaq təhsilalan arasında nümunəvi fərdi müqavilələr, bundan başqa bir sıra xarici ali təhsil müəssisələrinə müsabiqə elanları yer alıb.

Jurnalı TQDK-nın aşağıdakı ünvanlarda yerləşən binalarındakı “Abituriyent” satış köşklərindən almaq və ya www.abiturient.az saytından sifariş etmək olar.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm