Qırmızı.az
Nazir təlim-atış mərkəzinin açılışında – FOTOLAR
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin göstərişinə əsasən ordunun döyüş hazırlığının yüksəldilməsi məqsədilə həyata keçirilən kompleks tədbirlər mütəmadi olaraq davam etdirilir.
Nazirlikdən Publika.az-a verilən məlumata görə, müdafiə naziri general-polkovnik Zakir Həsənov hərbi qulluqçuların atəş və taktiki hazırlığı üçün nəzərdə tutlan yeni təlim-atış mərkəzinin açılışında iştirak edib.
Müdafiə nazirinə mərkəz haqqında məlumat verilərək bildirilib ki, ərazidə cəbhə xəttindəki vəziyyətin modelləşdirilməsi, təlimlərin real döyüş şəraitinə uyğun olaraq keçirilməsi, düşmənin təxribat-kəşfiyyat cəhdlərinin qarşısının alınması, əks tədbirlərin görülməsi və digər praktiki məşqlərin keçirilməsi üçün bütün şərait yaradılıb. Eyni zamanda poliqonda istənilən şəraitdə hazırlıq məşqlərini keçmək məqsədilə müvafiq siniflər hazırlanıb.
Qısa müddətdə istifadəyə verilən poliqonda şəxsi heyət silahlanmada olan atıcı silahlar, minaatanlar və qumbaraatanlardan istifadə etmək bacarığına yiyələnəcək və təcrübə qazanmaq imkanı əldə edəcəklər. Ərazidə hazırlanmış hədəf sahəsi tam kabelləşdirilib, avtomatik enib-qalxma hədəfləri, geri daxil olan məlumatlar və qiymətləndirmə avadanlığı ilə təmin edilib.
Müdafiə nazirinə şəxsi heyətin nəzəri biliklərinin artırılması üçün lazım olan yeni nəşr edilmiş təlim-metodik ədəbiyyat təqdim olunub. Bütün bunlar da hərbi tədris proqramlarının keyfiyyətlə öyrənilib mənimsənilməsinə, şəxsi heyətin peşəkarlığının və nəzəri biliklərinin artırılmasına, praktik vərdişlərinin möhkəmləndirilməsinə imkan verəcəkdir.
Müdafiə naziri ərazidəki Mərkəzi idarəetmə məntəqəsi, atış və taktiki sahə, kəşfiyyat cığırı, taktiki zolaq, digər inzibati bina və qurğularla tanış olduqdan sonra kəşfiyyat bölməsinin praktiki hazırlığını və atəş nöqtələrində yerinə yetirilən təlim çalışmalarını izləyib.
Snayper hazırlığı kursunda təlim atışlarını izləyən nazir hədəflərin hamısını dəqiqliklə məhv edən peşəkarlıq və bacarığını, tezliklə cəbhə xəttinə yollanaraq digər hərbi qulluqçularla ön xəttdə xidmət etmək istəklərini yüksək qiymətləndirib.
Müdafiə naziri şəxsi heyətin daha peşəkar səviyyədə hazırlanması məqsədilə təlimlərdə müasir ordularda mövcud olan ən yeni təlim üsullarının öyrənilməsi, şəraitə uyğunlaşdırılması, qoşunların döyüş hazırlığında tətbiq olunması ilə bağlı tapşırıq və tövsiyələr verib.
-
Qarabağ 17:13
Xankəndidə ilk körpə dünyaya gəldi - FOTO
-
Qarabağ 16:38
Bu ölkələr Ermənistanı bizə qarşı silahlandırır, gözləyə bilmərik
-
Rəsmi xronika16:13
Biz dörd kənd məsələsini heç vaxt yaddan çıxarmamışıq
-
Nida Xəbər 16:08
SON DƏQİQƏ: Qazaxın azad edilən kəndində bayrağımız qaldırıldı - VİDEO
-
Rəsmi xronika15:28
Biz buna həm də ölkəni təqdim etmək fürsəti kimi baxırıq - Prezident
-
Nida Xəbər 14:46
Göyçə yolu bağlandı: Basarkeçərin 10 kəndi qaytarılır?
-
Kriminal14:33
Azərbaycanda kişi arvadını qətlə yetirməsini lentə aldı - İNANILMAZ FAKTLAR
-
Hadisə14:03
Azərbaycanın Koreyadakı səfirinin ailəsində AĞIR İTKİ