Bu gündən qeydiyyat başlayır
Bizi izləyin

Qırmızı.az

Bu gündən qeydiyyat başlayır

Bu gün regionlarda yerləşən ali təhsil müəssisələrinin magistratura səviyyəsinə qəbul olan bakalavrların qeydiyyatı başlayıb.

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından Publika.az-a verilən məlumata görə, bakalavrların qeydiyyatı 2015-ci il iyun ayının 29-dan iyul ayının 10-dək (şənbə və bazar günləri istisna olmaqla) aparılacaq. Bakalavrlar göstərilən müddətdə tələb olunan sənədləri təqdim etməklə qəbul olduqları ali təhsil müəssisəsində qeydiyyatdan keçməlidirlər. Qeydiyyatdan keçməyən bakalavrlar qəbul olanlar siyahısından xaric ediləcəklər.

Qeyd edək ki, regionlarda yerləşən ali təhsil müəssisələrində yekun dövlət attestasiyası iyun ayında keçirildiyinə görə ali təhsil müəssisələrinin magistratura səviyyəsinə qəbul olan bakalavrların qeydiyyat müddəti dəyişdirilib.

Boş qalan plan yerlərinin avqust ayında elan olunması və həmin yerlərə müsabiqənin keçirilməsi nəzərdə tutulur.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm