16 mindən çox abituriyent imtahan verəcək
Bizi izləyin

Qırmızı.az

16 mindən çox abituriyent imtahan verəcək

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) iyulun 2-də növbəti imtahanlar keçirəcək.

TQDK-dan Publika.az-a verilən məlumata görə, ali təhsil müəssisələrinin V ixtisas qrupuna (xüsusi qabiliyyət tələb edən ixtisaslara) qəbul imtahanı və tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə (kolleclərə) qəbul olmaq istəyən əvvəlki illərin məzunları üçün qəbul imtahanı keçirəcək. İki imtahanda iştirak etmək üçün 16150 abituriyent müraciət edib.

Qeyd edək ki, ümumi (9 illik) və tam (11 illik) orta təhsil səviyyələrini əvvəlki dərs illərində başa vuran, lakin müxtəlif səbəblərə görə yekun attestasiyası aparılmayan, eləcə də eksternat qaydasında attestasiyada iştirak etmək üçün təhsil aldıqları təhsil müəssisələrinə müraciət etmiş və imtahana buraxılması haqqında həmin təhsil müəssisəsi tərəfindən qərar qəbul edilmiş şagirdlər, əvvəlki illərdə keçirilmiş buraxılış imtahanlarında məqbul qiymət ala bilməmiş şagirdlər, həmçinin üzrlü səbəbdən 2015-ci ildə keçirilən buraxılış imtahanlarında iştirak edə bilməmiş cari ilin məzunu olan şagirdlər üçün buraxılış imtahanı. İmtahanda 1142 nəfər IX sinif şagirdinin, 3510 XI sinif şagirdinin iştirakı nəzərdə tutulur.

Ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə (kolleclərə) qəbul olmaq istəyən əvvəlki illərin məzunları üçün qəbul imtahanı Bu imtahanda iştirak etmək üçün 12941 abituriyent qeydiyyatdan keçib.

Qeyd olunan imtahanlar bütövlükdə Respublikanın 14 şəhər və rayonunda - Bakı, Naxçıvan, Gəncə, Tovuz, Sumqayıt, Mingəçevir, Şəki, Ağcabədi, Göyçay, Şirvan, Salyan, Lənkəran, Masallı və Xaçmazda 64 imtahan mərkəzində təşkil olunacaq və bütün binalarda eyni vaxta - saat 10:00-da başlanacaq .

İmtahanların idarə olunması üçün 314 imtahan rəhbəri, 2742 nəzarətçi-müəllim ayrılıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm