• USD 1,7369 0,00% EUR 1,8716 +0,49%
    • GBP 2,1974 -0,10% RUB 0,0274 +0,73%

Tovuzda tutulan erməni sərhədi necə keçib?- VİDEO

Tovuzda tutulan erməni sərhədi necə keçib?-  VİDEO

Martın 7-də, saat 12:30 radələrində Azərbaycan Ermənistan təmas xəttini keçən Ermənistan vətəndaşı ələ keçirilib.

Saxlanılan şəxsin adı özünün dediyinə görə Xocayan Arsendir. 1991-ci il təvəllüdlü Xocayan dəmiryolunun mühafizə olunan ərazisində ələ keçirilib. Əsiri ilk olaraq Mühafizə Komandasının böyük atıcısı Sadıqov Məcid görüb. ADYQSC Mühafizə İdarəsinin əməkdaşı Məcid Sadiqov : "Mən içəridə idim. İçəridən baxanda gördüm ki, kimsə gəlir. Ona yaxınlaşdım ki, kimsən, nəçisən özünü təqdim elə. O da mənə yarı rus, yarı ermənicə cavab verdi. Başa düşdüm ki, bu ermənidir. Dedim hardan gəlmisən dedi ki, bu yandan gəlmişəm. Çayla keçmişəm. Qoyun otarırdım" Mühafizə idarəsinin əməkdaşları əsiri idarələrinə gətiriblər və sorqu-suala tutublar. Xocayan deyib ki, gün yarımdır ki, sərhədi keçib. Daha sonra mühafizəçilər baş idarələrinə xəbər veriblər. Həmin an Milli Təhlükəsizlik Nazirliyinin Tovuz rayon şöbəsinin əməkdaşları əraziyə gəliblər və əsiri aparıblar. Daha sonra Xocayan Arsen dindirilmək üçün Bakıya Milli Təhlükəsizlik Nazirliyinə göndərilib. /Turkeltv.az/

Xəbər lenti

DAHA ÇOX XƏBƏR