Nazirlik çaylarda sululuq səviyyəsini açıqladı
Bizi izləyin

Qırmızı.az

Nazirlik çaylarda sululuq səviyyəsini açıqladı

Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 30-50, Kiçik Qafqazın çaylarında 20-60, Lənkəran-Astara bölgəsi çaylarında 50-100, Naxçıvan MR çaylarında isə 10 faizini təşkil edir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Publika.az-a verilən məlumata görə, iyunun 29-da Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 8 sm artım müşahidə olunub. Hazırda məntəqədə su sərfi 235 m3/s olmaqla ongünlük normanın 58 faizini təşkil edir.

Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 4 sm azalma müşahidə olunub. Hazırda məntəqədə su sərfi 64 m3/s olmaqla, ongünlük normanın 39 faizini təşkil edir. 2014-cü ildə isə bu göstərici 59 m3/s təşkil edərək ongünlük normanın 36 faizinə bərabər olub.

İyunun 29-da Kür çayının aşağı axınında suyun səviyyəsində əsasən mühüm dəyişiklik müşahidə olunmayıb. Belə ki, Kür çayının Surra məntəqəsində 4, Şirvanda 6, Araz çayının Novruzlu məntəqəsində 2 sm artım, Bankədə 1 sm azalma qeydə alınıb, Salyanda isə suyun səviyyəsində dəyişiklik müşahidə olunmayıb.
Hazırda Surra məntəqəsində suyun səviyyəsi 326 sm, Şirvanda 155 sm, Salyanda 70 sm, Bankədə 175 sm, Araz çayının Novruzlu məntəqəsində isə 45 sm təşkil edir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm