Moskva Dövlət Tibb Universitetində 100 azərbaycanlı təhsil alacaq
Bizi izləyin

Qırmızı.az

Moskva Dövlət Tibb Universitetində 100 azərbaycanlı təhsil alacaq

Sentyabrın 15-də Bakıda İ.M.Seçenov adına I Moskva Dövlət Tibb Universitetinin filialı fəaliyyətə başlayacaq.

Publika.az xəbər verir ki, ilk tədris ilində filialda dövlət sifarişi əsasında 100 tələbə müalicə işi ixtisası üzrə təhsil alacaq.

I Moskva Dövlət Tibb Universitetinin Bakı filialının yaradılması haqqında qərar Prezident İlham Əliyevin imzaladığı müvafiq sərəncam əsasında qəbul edilib. Rusiya Səhiyyə Nazirliyi də universitetin Bakı filialının yaradılması haqqında müvafiq əmr imzalayıb.

Qeyd edək ki, filialın yaradılmasında məqsəd Azərbaycan Respublikasında tibb təhsilinin təkmilləşdirilməsi və bu sahədə dünyanın nüfuzlu ali təhsil mərkəzləri ilə əlaqələrin genişləndirilməsi, həmçinin ölkə vətəndaşlarının Rusiya Federasiyasının tibb təhsili müəssisələrində oxumaq arzusunun təmin olunmasından ibarətdir.

İ.M.Seçenov adına I Moskva Dövlət Tibb Universiteti Bakıda yaradılan filialın kadrlarla təminatına və tədris prosesinin təşkilinə metodoloji dəstək göstərəcək. Tədris əsasən, universitetin professor-müəllim heyəti tərəfindən yeni nəsil Rusiya dövlət təhsil standartlarına uyğun aparılacaq. Eyni zamanda, tədris prosesinə dünyada tanınmış Rusiya alimləri cəlb olunacaq. Filialda həkim-mütəxəssislərin hazırlanması zamanı innovativ təhsil texnologiyalarının tətbiqi və master-klasların keçirilməsi nəzərdə tutulur.

Bakı filialının yaradılmasını əhəmiyyətli hadisə adlandıran İ.M.Seçenov adına I Moskva Dövlət Tibb Universitetinin rektoru Pyotr Qlıboçko rəhbərlik etdiyi ali təhsil müəssisəsinin Azərbaycanla ənənəvi və zəngin əlaqələrinin olduğunu vurğulayıb. Azərbaycanın davamlı iqtisadi və sosial inkişaf mərhələsi keçdiyini xatırladan rektor ölkə rəhbərliyinin təhsil sahəsinə diqqətini yüksək qiymətləndirib. Bu amillər universitetin filialının məhz Bakıda yaradılması haqqında qərarın verilməsinə səbəb olub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm