Qırmızı.az
İmran Cəfərzadə Almaniyadan qayıtdı - FOTOLAR
Nabranda istirahət mərkəzlərindən birində ağır yaralanaraq bir ayağını itirən və Almaniyanın Şarite klinikasında müalicə olunan 3 yaşlı İmran Cəfərzadə bu səhər Bakıya qayıdıb.
Cəfərzadənin olduğu təyyarə yerli vaxtla saat 04.55-də Heydər
Əliyev Beynəlxalq hava limanına eniş edib.
Ağlayaraq getdikləri bu səfərdən böyük sevinclə qayıtdıqlarını
deyən İmranın anası Nuridə Cəfərzadə verdiyi dəstəyə görə ölkə
başçısı İlham Əliyev və Heydər Əliyev fondunun prezidenti Mehriban
Əliyevaya öz təşəkkürünü bildirib.
İmranı qarşılayanlar arasında onun yaxın qohumları və jurnalistlər
də olub. Göstərdiyi maddi və mənəvi dəstəyə görə ölkə rəhbərinə
təşəkkürünü bildirən baba, "Kaş ki, bu baş verənlər heç biri
olmasaydı" - deyib.
Xatırladaq ki, 2013-cü il iyulun 21-də İmran Cəfərzadə Xaçmaz
rayonunda fəaliyyət göstərən “Nabran Holiday Village” istirahət
mərkəzində hovuzda olarkən yaxınlıqda quraşdırılmış “Akvapark”
adlanan qurğu işə salınıb.
Bu vaxt su borusunun hovuzun içərisində təhlükəsizliyi təmin edəcək
qoruyucu barmaqlıq olmadığından azyaşlı İmran Cəfərzadənin hər iki
ayağı həmin borunun içərisinə keçib və körpə ağır bədən xəsarətləri
alıb.
Hadisə ilə bağlı Baş Prkorurluqda cinayət işi açılıb, 3 nəfər həbs
olunub. İstirahət Mərkəzinin lisenziyası isə ləğv olunub.
İmran Cəfərzadənin Almaniyadakı müalicəsi Azərbaycan prezidenti
İlham Əliyevin göstərişi əsasında, Heydər Əliyev Fondunun dəstəyi
və Azərbaycanın Almaniyadakı səfirliyinin təşkilatçılığı ilə həyata
keçirilib. /anspress/
-
Magazin112:31
Hüseyn Həsənov Rəşad Dağlının oğluna görün nə hədiyyə etdi - FOTO
-
İdman12:01
Corcina Ronaldodan geri qalmır: Görün nə oyun çıxardı - VİDEO
-
Nida Xəbər 11:31
Araikin müsahibəsi buna görə yayımlanmadı - Sensasion iddia
-
MDB11:15
Putin bu ölkələrlə birlikdə yeni müharibəyə başlayacaq - Hədəf onlardır
-
Dünya10:44
Bu valideynlər bir uşağa görə 125 min manat alacaqlar
-
Region10:10
Rusiyadakı azərbaycanlılara PİS XƏBƏR - Bu sahələrdə işləmək qadağan edildi
-
Cənubi Qafqaz09:48
Rusiya bu həftə Paşinyanı devirəcək - Şok iddia
-
Hadisə09:21
Məktəb binasında yanğın