SON DƏQİQƏ: Təyyarə dənizə düşdü, 239 nəfərdən xəbər yoxdur
Bizi izləyin

Qırmızı.az

SON DƏQİQƏ: Təyyarə dənizə düşdü, 239 nəfərdən xəbər yoxdur

Təyyarə dənizə düşdü, 239 nəfərdən xəbər yoxdur

Radarlardan itmiş "Malaysia Airlines" aviaşirkətinə məxsus "Boenig 777-200" təyyarəsi çox ehtimal ki, dənizə düşüb. Bu barədə Vyetnamın "Tuoi Tre" agentliyi ölkənin HDQ-nin rəsmi nümayəndəsinin bəyanatına istinadən məlumat verib. Trend-in məlumatına görə, xəbəri RİA "Novosti" yayıb.

Məlumata görə, təyyarə Kamau burnunun şimal-qərbində yerləşən Vyetnamın Txo-Çu adasından 153 mil məsafədə düşüb. "Malaysia Airline" aviaşirkəti hələlik məlumatı təsdiq etməyib.

Qeyd edək ki, bir az əvvəl xəbər verilmişdi ki, təyyarə ilə son əlaqə sahildən təxminən 220 kilometr aralıda, Cənubi Çin dənizi üzərində olub. Malayziyanın paytatı Kuala-Lumpurdan Pekinə uçan və göyərtəsində 227 sərnişin və 12 ekipaj üzvü olan Boeing təyyarəsi şənbə günü Malayziya vaxtı ilə saat 02.40-da radarların ekranlarından itib.

Şənbə günü səhər aviaşirkət itmiş təyyarədə 14 ölkənin, o cümlədən bir Rusiya və iki Ukrayna vətəndaşı olduğunu təsdiqləyib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm