Bakı İslam Universitetinin tələbəsi olmaq istəyənlər komissiyadan keçəcək
Bizi izləyin

Qırmızı.az

Bakı İslam Universitetinin tələbəsi olmaq istəyənlər komissiyadan keçəcək

Bakı İslam Universitetinin tələbəsi olmaq istəyən abituriyentlərin sənəd qəbuluna başlanılır.

Universitetdən Publika.az-a bildiriblər ki, Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) əmrinə əsasən, 2015/2016-cı tədris ili üçün Bakı İslam Universitetində təhsil almaq istəyən abituriyentlərin seçilməsi məqsədilə Dini-Psixoloji Komissiya yaradılıb.

İyulun 25-də 3-cü ixtisas qrupu üzrə imtahan verəcək abituriyentlər iyul ayının 13, 14, 15, 16, 17-də saat 9:00-dan 13:00-dək universitetdə fəaliyyət göstərən Dini-Psixoloji Komissiyaya müraciət etməlidirlər.

Bununla yanaşı, mayın 17-də 3-cü ixtisas qrupu üzrə imtahan verən və 100-dən artıq bal toplayan, lakin Dini-Psixoloji Komissiyadan keçməyənlər də yuxarıda qeyd olunan tarixlərdə təşkil olunacaq komissiyaya yenidən müraciət edə bilərlər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm