Qırmızı.az
Metroda iş rejimində dəyişiklik
“Bakı Metropoliteni” yay rejiminə keçib. Buna görə də intervalda müəyyən dəyişikliklər olub.
Bu sözləri Publika.az-a açıqlamasında qurumun mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev son günlər sərnişinlərin intervalın çox olması ilə bağlı narazılığına münasibət bildirərkən deyib.
Onun sözlərinə görə, hər il olduğu kimi bu il də iyun ayından yay rejimi tətbiq edilir.
“Birinci Avropa Oyunları ilə əlaqədar olaraq metro xüsusi rejimdə işləyirdi. Hazırda pik saatlarda iki dəqiqə, digər saatlarda isə 5-6 dəqiqə intervalla işləyirik. Yay rejiminə keçid metro istifadəçilərinin sayının qışa nisbətən azalması ilə əlaqədardır. Qış vaxtında metropolitendən 700 min sərnişin istifadə edirdi. Yay fəslində isə istifadə sayı 400-450 minə enib”.
Yay fəslində metro istifadəçilərini narahat edən bir məsələ havalandırma ilə bağlıdır. N. Paşayev artıq bu problemin müəyyən qədər həllini tapdığını dedi:
“Paytaxtda havanın temperaturunun yüksək olmasına baxmayaraq, hazırda stansiyalarda hava çox sərin olur. Tunellərdə də havalandırma ötən ilkinə nisbətən daha yaxşıdır. Çünki ötən ildən etibarən bütün şaxtalarda, ventilyasiya xətlərində təmir işləri aparılırdı. Demək olar ki, bu işlər tam yekunlaşıb, lakin yenə də işlərimiz davam etdirilir. Bundan başqa, yeni kondinsionerli qatarlar həm “Dərnəgül”, həm də “İçərişəhər” istiqamətində hərəkət edir”.
Gülxar
-
Nida Xəbər 09:06
Köçəryan sərhədin müəyyənləşməsi haqda: Ola bilsin ki, mübahisəli ərazilərdən...
-
İdman08:24
Polis kluba BASQIN ETDİ: iki futbolçu zorlama ittihamı ilə saxlanıldı
-
Magazin104:44
Xalq artisti canlı yayımda kövrəldi: “Darıxdığım var” - VİDEO
-
ABŞ03:13
Komaya düşən qalmaqallı bloqer ÖLDÜ
-
Səhiyyə02:42
Ən güclü qan qrupu: onun sahibləri ÇOX YAŞAYIRLAR
-
Sosial01:41
Azərbaycanı görünüşü ilə heyrətə gətirən uşağın atası danışdı - VİDEO
-
Sosial00:30
“Space" TV-yə geri döndü: "Məbləğin bir qismi ödənildi" - FOTO/VİDEO
-
Qoroskop00:15
Günün ULDUZ FALI: normal imkanlar yaranana qədər gözləyin