QMİ-nin sədr müavini: “Başqasının yerinə oruc tutmaq olar”
Bizi izləyin

Qırmızı.az

QMİ-nin sədr müavini: “Başqasının yerinə oruc tutmaq olar”

Başqasının, rəhmətə getmiş yaxın adamın yerinə namaz qılmaq, oruc tutmaq olarmı?

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədr müavini Hacı Fuad Nurullayevin Publika.az-a bildirdiyinə görə, şəriətdə belə bir hökm olmasa da, bəyənilən əməldir:

“Rəhmətə gedən valideyn, xüsusən də ata üçün namazın qılınmasının böyük oğulun boynunda vacibatı var. Amma şəriətdə oruc tutmaq vacibatı yoxdur. Oruc tutmaq savab olduğu üçün bir insan rəhmətə getmiş atasının və ya anasının ruhuna bir neçə gün oruc tutub hədiyyə edə bilər. Amma bir şərtlə ki, gərək özünün qəza orucu olmasın”.

Yaxın adam üçün tutulan qəza orucunun savabına gəlincə isə, QMİ-nin sədr müavini bildirib ki, əgər kimsə dünyada olmayan bir adamın ruhuna namaz qılıb hədiyyə edirsə, əlbəttə ki, onu icra edən üçün savab yazılır və rəhmətliyin ruhuna bunun nə dərəcədə verilməsi isə Allahın ixtiyarındadır.

Gülnar Əliyeva

Oxumağa davam et
Reklam
Reklam

Gündəm