Qırmızı.az
Könüllülərin iş qrafiki uzadıldı
“Bakı Metropoliteni”ndə könüllülərin iş qrafiki uzadılıb.
Publika.az-ın qurumun saytına istinadən verdiyi xəbərə görə, buna səbəb 1-ci Avropa Oynları başa çatsa da, möhtəşəm tədbiri izləməyə gələn xarici qonaqların bir hissəsinin ölkəmizə səfərlərini davam etdirməsidir.
Eyni zamanda, böyük idman bayramının təşkilatçıları da hələ bir müddət Bakıda olacaqlar. Bunu nəzərə alan “Bakı Metropoliteni” QSC-nin rəhbərliyi əsas stansiyalarda fəaliyyət göstərən könüllülərin iş qrafikinin iyulun 1-nə qədər uzadılması barədə qərar verib.
Belə ki, “İçərişəhər”, “Sahil”, “Nizami”, “28 May” və “Koroğlu” stansiyalarında könüllülər yenə əvvəlki qaydada – növbəlilik əsasında fəaliyyətlərini davam etdirirlər.
-
Sağlamlıq02:19
Qadınlarda sonsuzluğa və tüklənməyə səbəb olan nadir sindrom
-
Sosial01:45
Keçmiş məcburi köçkünlərin evləri satışa çıxarılır - QİYMƏTLƏR
-
Nəqliyyat01:30
Qazaxın Aşağı Əskipara kəndinə gedən yol açıldı
-
MDB01:15
Rusiya BMT TŞ-nin qətnaməsinə veto qoydu
-
MDB01:00
Şoyqu İvanovu vəzifəsindən uzaqlaşdırdı
-
Qoroskop00:27
Günün qoroskopu: Yaxın ətrafınızdakı şəxslərdən biri...
-
Ekopublika.az24 Aprel 23:57
Azərbaycanda da satılan məşhur şokolad məhsulu ətrafında QALMAQAL
-
İdman24 Aprel 22:04
"Qarabağ" finalda!