Mövqelərimiz minaatan və qumbaraatanlardan atəşə tutulub
Bizi izləyin

Qırmızı.az

Mövqelərimiz minaatan və qumbaraatanlardan atəşə tutulub

Erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində minaatan və qumbaraatanlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini ümumilikdə 71 dəfə pozub.

Müdafiə Nazirliyindən Publika.az-a verilən məlumata görə, Ermənistan Respublikasının Noyemberyan rayonunun Voskepar kəndində yerləşən mövqelərdən Qazax rayonunun Aşağı Əskipara kəndində, Berd rayonunun Ayqepar, Mosesqex və Çinari kəndlərində yerləşən mövqelərdən Tovuz rayonunun Əlibəyli, Ağdam və Koxanəbi kəndlərində yerləşən mövqelərimiz atəşə tutulub.
Goranboy rayonunun Talış, Tərtər rayonunun Göyarx, Yarımca, Çiləbürt, Qızıloba, Ağdam rayonunun Şıxlar, Qaraqaşlı, Sarıcalı, Kəngərli, Yusifcanlı, Baş Qərvənd, Füzuli rayonunun Qaraxanbəyli, Horadiz, Aşağı Seyidəhmədli, Alxanlı, Aşağı Əbdülrəhmanlı, Cəbrayıl rayonunun Mehdili kəndləri yaxınlığında, həmçinin Göygöl, Goranboy, Xocavənd, Füzuli və Cəbrayıl rayonlarının ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.

Düşmən cavab atəşi ilə susdurulub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm