Universitetə qəbul qaydasında yenilik
Bizi izləyin

Qırmızı.az

Universitetə qəbul qaydasında yenilik

Azərbaycan Dövlət İqtisad Universiteti 2015/2016-cı tədris ilindən əcnəbi tələbələrin qəbul qaydalarını elektronlaşdırıb.

Universitetdən Publika.az-a verilən məlumata görə, 21 ixtisas üzrə əcnəbilərin bakalavr və magistratura səviyyələrində tələbə qəbulunu elan edir. Təhsil Azərbaycan, rus, türk və ingilis dillərində aparılır.

Əcnəbi vətəndaşlar üç dildə fəaliyyət göstərən kabinet.unec.edu.az saytı vasitəsilə ixtisas və tədris dili seçimini edərək tələb olunan sənədləri elektron qaydada təqdim edəcək və müvafiq tələblərə cavab verdikləri halda təhsil alma hüququnu qazanacaqlar. Əcnəbi vətəndaşlardan müvafiq sənədlərlə yanaşı tövsiyə məktubu da tələb olunur.

Növbəti mərhələdə isə abituriyentlər “Skype” vasitəsilə müsahibəyə dəvət ediləcək.

Sənəd qəbulu sentyabrın 10-dək davam edəcək.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm