MTRŞ: “Space” rəhbərliyi efirdəki qalmaqalla bağlı tədbir görməsə ...”
Bizi izləyin

Qırmızı.az

MTRŞ: “Space” rəhbərliyi efirdəki qalmaqalla bağlı tədbir görməsə ...”

“Space” televiziyasının rəhbərliyi efirdə müğənni və yazıçı arasında baş verən qalmaqalla bağlı tədbir görəcək”.

Bunu Publika.az-a Milli Televiziya və Radio Şurasının (MTRŞ) sədr müavini Qafar Cəbiyev “Space”in “Günaydın” verilişində baş verən qalmaqala münasibət bildirərkən deyib.

“Əgər kanal rəhbərliyi bununla bağlı tədbir görməsə, onda biz tədbir görəcəyik. Amma məndə olan məlumata görə “Space” kanalının rəhbərliyi bununla bağlı müvafiq tədbir görəcək”, - deyə Q. Cəbiyev bildirib.

Qeyd edək ki, “Space” telekanalının rəhbəri Vaqif Mustafayev məsələ ilə bağlı tədbir görəcəyinə söz verib.

Xatırladaq ki, müğənni Mətanət Əsədova və yazıçı-redaktor Əziz Musaoğlu “Günaydın” verilişində biri-birini təhqir edərək qeyri-etik ifadələr işlədiblər.

Gülnar Əliyeva

Oxumağa davam et
Reklam
Reklam

Gündəm