TQDK şagirdlərə və abituriyentlərə müraciət etdi
Bizi izləyin

Qırmızı.az

TQDK şagirdlərə və abituriyentlərə müraciət etdi

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) iyulun 2-də qəbul və buraxılış imtahanlanda iştirak edəcək şəxslərə müraciət edib.

TQDK-dan Publika.az-a verilən məlumata görə, bu imtahanlarda iştirakı nəzərdə tutulan şəxslərin müəyyən hissəsi “İmtahana buraxılış vərəqəsi”ni çap etməyiblər.

Qeyd edək ki, şagirdlər (abituriyentlər) “İmtahana buraxılış vərəqəsi” internet vasitəsilə iyunun 25-dən etibarən çap edib götürə bilirlər.

Şagirdlər (abituriyentlər) imtahana “İmtahana buraxılış vərəqəsi”, şəxsiyyəti təsdiq edən sənədin əslini mütləq gətirməlidirlər.

Gostərilən sənədlərdən biri olmadıqda və ya sənədlər arasında uyğunsuzluq olduqda şagird (abituriyent) imtahana buraxılmayacaq.

Qeyd edək ki, 16 yaşı 2015-ci il mayın 1-dək tamam olmayan şagirdlər digər sənədlərlə yanaşı, təhsil müəssisəsi tərəfindən verilmiş arayışı (arayışa şagirdin 3x4 sm ölçülü şəkli yapışdırılır və şəkil möhürlə təsdiqlənir) da imtahana gələrkən mütləq gətirməlidirlər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm