Qırmızı.az
Nazir cəbhə xəttindəki hərbi hissələrdə olub - FOTOLAR
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin tapşırığına əsasən Müdafiə naziri general-polkovnik Zakir Həsənov və Müdafiə nazirinin birinci müavini - Silahlı Qüvvələrin Baş Qərargah rəisi general-polkovnik Nəcməddin Sadıkov cəbhəboyu rayonlarda yerləşən birlik, birləşmə və hərbi hissələrdə olublar.
Publika.az xəbər verir ki, Müdafiə
Nazirliyinin rəhbərliyi ön xətdə yerləşən hərbi hissələrdə düşmənlə
üz-üzə səngərlərdə döyüş növbəsi çəkən şəxsi heyətlə görüşüb,
onların sosial-məişət şəraiti ilə maraqlanıb, Silahlı Qüvvələr Günü
münasibəti ilə təltif olunan hərbi qulluqçulara fəxri fərmanlar və
qiymətli hədiyyələr təqdim ediblər.
Düşmənlə təmas xəttində yerləşən bölmələrdən birində komanda
müşahidə məntəqəsinə baş çəkən Müdafiə nazirinə ərazidəki əməliyyat
şəraiti, müdafiə zolağında həyata keçirilən tədbirlər barədə məruzə
edilib.
Sonra cəbhə bölgəsində yerləşən bölmələrin şəxsi heyətinin daimi
döyüş hazırlıqlarını təkmilləşdirməsi, silah və texnikadan
bacarıqla istifadə etməsi, hərbi qulluqçuların peşəkarlıq
qabiliyyətinin artırılması məqsədilə yaradılan yeni təlim-atış
poliqonu Müdafiə nazirinə təqdim olunub.
Bildirilib ki, idarəetmə məntəqəsi, atış və taktiki sahə, həmlə
zolağı, sinif otaqları, o cümlədən müxtəlif yardımçı bölmələrdən
ibarət poliqonda müxtəlif iriçaplı atıcı silahlar, minaatanlar,
qumbaraatanlar və əl qumbaralarının praktiki istifadəsi ilə həyata
keçirilən məşqlərdə əsgərlərə gecə və gündüz şəraitində, mütəmadi
döyüş hazırlığı üzrə vərdişlər aşılanır.
Müdafiə Nazirliyinin rəhbərliyi təlim prosesini və döyüş atışlı
məşqləri izləyib, döyüş hazırlığının və nizam-intizamın
gücləndirilməsi barədə müvafiq göstəriş və tapşırıqlarını
veriblər.
-
Magazin104:44
Xalq artisti canlı yayımda kövrəldi: “Darıxdığım var” - VİDEO
-
ABŞ03:13
Komaya düşən qalmaqallı bloqer ÖLDÜ
-
Səhiyyə02:42
Ən güclü qan qrupu: onun sahibləri ÇOX YAŞAYIRLAR
-
Sosial01:41
Azərbaycanı görünüşü ilə heyrətə gətirən uşağın atası danışdı - VİDEO
-
Sosial00:30
“Space" TV-yə geri döndü: "Məbləğin bir qismi ödənildi" - FOTO/VİDEO
-
Qoroskop00:15
Günün ULDUZ FALI: normal imkanlar yaranana qədər gözləyin
-
MDB00:00
Putinə indi məruzə edildi, Şoyquya isə əvvəlcədən deyilib
-
Nida Xəbər 23 Aprel 23:48
Nazirlər Kabinetindən YENİ SİYAHI - Kimlərin adları var?