• USD 1,7475 +0,16% EUR 1,8490 +0,35%
    • GBP 2,1933 +1,03% RUB 0,0303 +0,66%

Sabah külək mülayimləşəcək

Sabah külək mülayimləşəcək

Sabah gündüzdən Bakıda şimal küləyi mülayimləşəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan Publika.az-a verilən məlumata görə, iyulun 2-də Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu olacaq, əsasən yağmursuz keçəcək. Şimal küləyi gündüz mülayimləşəcək.

Paytaxtda havanın temperaturu gecə 22-26, gündüz 28-33 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında iyulun 2-də hava əsasən yağmursuz olacaq. Mülayim qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 20-25, gündüz 34-39, dağlarda isə havanın temperaturu gecə 15-20, gündüz 26-31 dərəcə isti olacaq.

Загрузка...

Xəbər lenti

DAHA ÇOX XƏBƏR