Müəlliməni şantaj edən direktor məhkəməyə verilir
Bizi izləyin

Qırmızı.az

Müəlliməni şantaj edən direktor məhkəməyə verilir

"Ötən gün 45 nömrəli məktəbdə baş vermiş hadisə ilə bağlı məhkəməyə müraciət edəcəyik. Həmçinin bu gün Təhsil Nazirliyinə də yazılı müraciət edəcəyik".

Bu sözləri Publika.az-a açıqlamasında “Təmiz Dünya” qadınlara yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova deyib.

Onun sözlərinə görə, direktorun bu addımı yalnız bir müəllimənin taleyinə təsir etmir. Bu həm də cəmiyyətdə məktəbə qarşı münasibəti dəyişir:

“İlk növbədə ona aydınlıq gətirək ki, direktor şagirdlərin əxlaqını qorumaq istəyirsə, bu barədə dərhal hüquq mühafizə orqanlarına məlumat verməli idi. Çünki o videoda qeyri-əxlaqi məsələ varsa, bu məsələ ilə bağlı polis araşdırma apara bilər, Təhsil Nazirliyi yox. Bu, onu göstərir ki, məktəb direktorları qanunu da bilmir. Əksinə, əlinə düşən materialdan şantaj kimi istifadə edir. Bundan başqa, direktorun məntiqinə görə, müəllim əxlaqsızdırsa, onun məktəbində işləməməlidir, lakin başqa məktəbdə işləməsində problem yoxdur. O, həqiqətən, pedaqoqdursa, hər bir şagirdin əxlaqı onun üçün prinsip olmalı idi. Üstəlik, bu məsələ yalnız bir müəllimin həyatını dəyişməklə bitmir. Bu, gələcəkdə qız uşaqlarının məktəbdən yayınmasına səbəb olacaq. Çünki valideynlər məktəblərdə bu təhlükənin olduğunu düşünüb, qızını məktəbə qoymayacaq. Bu həm də adi bir məsələyə görə insanların bir-birinin əxlaqsızlıqda ittiham etməsinə gətirib çıxaracaq”.

Qeyd edək ki, ötən gün 45 nömrəli məktəbin direktoru Nazilə Məmmədova məktəbin ingilis dili müəlliməsi Ziyafət Nəbiyevanı şagirdlə əxlaqsız hərəkətdə ittiham edib, onu məktəbdən uzaqlaşdırmaq istəyir. Direktor əlində video materialın olmasını iddia etsə də, qarşı tərəf bu iddianı rədd edir və direktorun onu məktəbdən uzaqlaşdırması üçün belə bir addım atdığını deyir.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm