Qırmızı.az
Nazirlik: “"WhatsApp"dakı problemin ölkənin mobil rabitə operatorları ilə bağlılığı yoxdur”
Azərbaycanda "WhatsApp" messencerinin işində müşahidə olunan problemlərin ölkənin mobil rabitə operatorları və rabitə administrasiyası ilə bağlılığı yoxdur.
Publika.az xəbər verir ki, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yaydığı bəyanatda nazirlik mobil şəbəkə üzərindən fəaliyyət göstərən proqram əlavələrinin istifadəsinə qadağa qoymaq niyyətində olmadığını bəyan edib.
Tənzimləyici orqan olaraq nazirlik texnologiyaların və
innovasiyaların inkişaf etdirilməsi tərəfdarıdır.
Azərbaycanda internet azaddır və bu gün ölkədə 3 mobil operator və
40-dan çox internet provayder fəaliyyət göstərir. Bu tip
xidmətlərin qarşısının alınması inkişafın qarşısını almaq anlamına
gəlir və belə bir məsələ nazirliyin prioriteti ola bilməz.
Ölkədə fəaliyyət göstərən mobil operatorlar məşhur tətbiqlər
vasitəsi ilə bu gün mobil rabitə operatorlarının şəbəkəsi üzərindən
pulsuz yazılı, səsli mesajların mübadiləsinin aparıldığını, hətta
artıq səsli və görüntülü data məlumatlarının ötürülməsinin
mümkünlüyünü qeyd edirlər.
Hazırda ölkədə mobil internet istifadəçilərinin sayı günü-gündən
artır və bu cür servislər sayəsində istifadəçilər mobil internet
trafikindən daha çox istifadə edirlər. Nəticə olaraq operatorlar
səsli mobil rabitə xidmətlərindən əldə etdikləri gəlirləri
itirsələr də, data xidmətlərindən əldə etdikləri gəlirlər bunu
ödəyir. Belə olan halda hər hansı bir mobil tətbiqin
məhdudlaşdırılması mobil operatorun maraq dairəsinə daxil ola
bilməz.
"WahtsApp"ın işində problemlərin yaranması haqda məlumatları şərh
edən yerli mobil operatorların təmsilçiləri bu problemlərin onların
şəbəkəsi ilə bağlı olmadığını qeyd edib.
Araşdırma nəticəsində məlum olub ki, hazırda "WhatsApp" messenceri
Böyük Britaniya, Almaniya, İtaliya, Fransa, İspaniya kimi inkişaf
etmiş ölkələrdə, eləcə də Cənubi Amerika, Hindistan, Avstraliyada
problemlərlə işləyir və ya ümumiyyətlə işləmir.
"www.kazhdysboy.ru" saytında dərc olunmuş
xəritədə mobil tətbiqdə problem qeydə alınan ölkələr
göstərilib.
Xəritədə sarı rənglə nasazlıqların müşahidə olunan ölkələr
arasında Azərbaycanın da adı var. Ölkəmizdəki problemin mövcudluğu
ilə bağlı ştrix xətt digər Avropa ölkələrinə nisbətən daha açıq
sarı rənglə əks edilib.
problemlər digər ölkələrdə artıq iyun ayının 18-dən etibarən
müşahidə olunur."WhatsApp" - smartfonlar üçün nəzərdə tutulmuş
prioritet messencerdir. Servis mətnli mesajlar, təsvirlər, video və
audio fayllar göndərməyə imkan verir.
-
MDB11:15
Putin bu ölkələrlə birlikdə yeni müharibəyə başlayacaq - Hədəf onlardır
-
Dünya10:44
Bu valideynlər bir uşağa görə 125 min manat alacaqlar
-
Region10:10
Rusiyadakı azərbaycanlılara PİS XƏBƏR - Bu sahələrdə işləmək qadağan edildi
-
Cənubi Qafqaz09:48
Rusiya bu həftə Paşinyanı devirəcək - Şok iddia
-
Hadisə09:21
Məktəb binasında yanğın
-
Sosial08:43
Azərbaycanın tanınmış professoru vəfat etdi - FOTO
-
Magazin208:36
Kristofer Nolan cəngavər olacaq, xanımı isə... - FOTO
-
Ekologiya07:17
Bu günə olan hava PROQNOZU - 20 dərəcə isti